ƏMLAK

Bakının mərkəzində ikiotaqlı mənzillərin təkrar bazarda icarə qiyməti - AÇIQLANIB
06 NOYABR
275

Bakının mərkəzində ikiotaqlı mənzillərin təkrar bazarda icarə qiyməti - AÇIQLANIB

2018-11-06 14:09:00

2018-ci ilin 9 ayı ərzində Bakıda mənzillərin icarə qiymətində 0,19% bahalaşma müşahidə olunur. Fins.az xəbər verir ki, bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

“Qiymət artımı paytaxtın müxtəlif rayonlarında köhnə evlərin sökülməsi və yenilərinin tikilməsi üzrə pilot layihələrin reallaşdırılması, əvvəlki illərlə müqayisədə Bakıya turist axınının artması, eləcə də tikinti bazarında canlanma ilə əlaqədar regionlardan işçi qüvvəsinin axını ilə şərtlənib”, - deyə məlumatda bildirilir.

Hazırda Bakının mərkəzinə yaxın ərazilərdə və metro yaxınlığında yerləşən ikiotaqlı mənzillərin təkrar bazarda icarə qiyməti ayda 593 manat təşkil edir. İlkin bazarda isə qiymətlər daha yüksək - 715 manat məbləğindədir.

Paytaxtın digər rayonlarında mənzillərin icarə qiyməti ayda müvafiq olaraq 350-450 və 450-700 manat təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257