ƏMLAK

Səyyar xidmət avtobusu Bakının kənd və qəsəbələrinə doğru irəliləyir
29 OKTYABR
108

Səyyar xidmət avtobusu Bakının kənd və qəsəbələrinə doğru irəliləyir

2018-10-29 09:46:00

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının əsas hədəfivətəndaşlara ünvanlarda rahat, sürətli və keyfiyyətli xidmətlər göstərməkdir.Abşeron rayonu üzrəmüxtəlif yerlərdə reallaşan kampaniyanın mobilxidmətləri artıq paytaxtın kənd və qəsəbələrində keçirilir. Səyyar avtobusun buhəftəki dayanacağı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi olacaq. Kənd sakinləri 30-31 oktyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər bütün növ daşınmaz  əmlakın qeydiyyat xidmətlərindən yararlana biləcək.

Fins.az xəbər verir ki, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 12 ünvanında  yerləşən səyyar ofisdə sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək. İctimai əhəmiyyətli kampaniya sayəsində bütün xidmətlər ərazi idarələrindəki kimi göstərilir. Sosial aksiyaya yeniliklərin cəlb olunması ilə artıq daha çox vətəndaşın xidmətlərdən istifadəsi təmin olunur.

 Eləcə də bax:Köhnə qiymətinə yeni binadan təmirli mənzil al - Kampaniyanın bitməyinə az qaldı

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259