ƏMLAK

Güzəştli şərtlərlə mənzil əldə edilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait artılır
23 OKTYABR
232

Güzəştli şərtlərlə mənzil əldə edilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait artılır

2018-10-23 14:17:00

Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 12 mln. manat və ya 8% artılır.

Fins.az 2019-cu il dövlət büdcəsi zərfinə istinadən xəbər verir ki, gələn ilin dövlət büdcəsində Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün 162 mln. manat xərc proqnozlaşdırılır.  

Qeyd edək ki, 2018-ci ilin büdcəsində bu istiqamətdə ayrılan xərclər 2017-ci illə müqayisədə dəyişməz qalaraq 150 mln. manat proqnozlaşdırılıb. 

Eləcə də bax:Azərbaycanda gələn il ÜDM 3,6% artacaq - 81,9 mlrd. manat

Qeyd edək ki, 2017-ci ilin dəyişdirilmiş-dəqiqləşdirilmiş büdcəsində isə əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri həmin ilin ilkin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 50% artırılaraq 150 mln. manata çatdırılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258