ƏMLAK

ETSN - dən qəti addım -16 tikinti şirkəti məsuliyyətə cəlb olundu
21 SENTYABR
493

ETSN - dən qəti addım -16 tikinti şirkəti məsuliyyətə cəlb olundu

2018-09-21 17:26:00
Son üç ay ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaynar xəttinə tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət  daxil olub. 
 
Fins.az -ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva nazirlikdə keçirilən mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, 16 tikinti obyekti üzrə araşdırmalar aparılıb və tədbirlər görülüb: “Tullantıların düzgün  idarə olunmamasına görə “Azadlıq Residence” MMC, “Cavid-2016” MMC, “Elite City” MMC barəsində protokollar tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.
 
Eyni zamanda “Bina” MTK, “Bizim Ev” MMC, “Pilot-İnşaat A” MMC, “Retro Holding” MMC, “Azəri Tikinti Şirkəti” MMC, “İlk İnşaat Taahhüt Sanayi və Ticarət Anonim” Şirkəti, “Grand Plaza” MMC, “Malibo” MMC, “Araz-2011A” MMC, “N-Turan” MMC, “Kəmər İnşaat” MMC, və fiziki şəxslərə icrası məcburi olan göstərişlər verilib”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256