ƏMLAK

Sosial mənzillər yenidən satışa çıxarılacaq - QİYMƏTLƏR
30 İYUL
471

Sosial mənzillər yenidən satışa çıxarılacaq - QİYMƏTLƏR

2018-07-30 16:04:00

Yaxın zamanda sosial mənzillər yenidən satışa çıxarılacaq. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatına görə, “güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi üçün agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq ilə yanaşı "Ernst & Young" audit şirkətini cəlb edilərək, sisteminin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirib. Məsələ ilə bağlı Fins.az-a şərh verən Vüqar Bayramov bildirib ki, bu o deməkdir ki, yaxın zamanda artıq sosial mənzillərin yenidən satışını həyata keçirmək mümkündür.

Mənzillərə müraciət mexanizmi və qiymətlər dəyişməyib. Belə ki, yenə də ilk seçim edənlər mənzilə sahib olacaq. Qiymətlərə gəldikdə isə ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti- 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Mənzillərin sahələrinə gəldikdə isə xarici perimetr üzrə 1 otaqlı mənzillər təxminən 40 kv. metr, 2 otaqlı mənzillər 70 kv metrədək, 3 otaqlı mənzillər isə 84 kv metrədək olacaq. Orta hesabla bir kvadratmetr mənzilin qiyməti 748 manatdır. Mənzillər təmirlidir və mətbəx mebeli ilə təmin ediliblər. Mənzillər mərhələli şəkildə satışa çıxarılacaq. Bütövlükdə, Yasamalda 2 minə yaxın sosial mənzilin satışı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254