ƏMLAK

Azərbaycanlılar bu ölkədə 8 min əmlak alıblar - EVLƏR VƏ OBYEKTLƏR
02 İYUL
312

Azərbaycanlılar bu ölkədə 8 min əmlak alıblar - EVLƏR VƏ OBYEKTLƏR

2018-07-02 09:39:00

Son illər Gürcüstanda daşınmaz əmlak alanlar sırasında xarici ölkə vətəndaşlarının sayı xeyli artıb. Fins.az xəbər verir ki, 2012-2016-cı illərdə Gürcüstanda xarici ölkə vətəndaşlarının daşınmaz əmlak almaları ilə bağlı 34 mindən çox əməliyyat həyata keçirilib.

Gürcüstan mətbuatının yazdığına görə, Gürcüstanda daşınmaz əmlak alanların 53 faizini Rusiya vətəndaşları təşkil edirlər.

Bu siyahıda rusiyalılardan sonra ikinci sırada hər biri 5 faizlə Azərbaycan, Ukrayna və Ermənistan vətəndaşları dayanırlar. Gürcüstanda daşınmaz əmlak alanların 4 faizini İsrail, 3 faizini ABŞ və Yunanıstan, 2 faizini isə Almaniya vətəndaşları təşkil edirlər. (Fed.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256