ƏMLAK

Milli Məclis “Torpaq icarəsi haqqında” qanuna dəyişikliyi təsdiq edib
31 MAY
291

Milli Məclis “Torpaq icarəsi haqqında” qanuna dəyişikliyi təsdiq edib

2018-05-31 14:30:00

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Torpaq icarəsi haqqında” qanuna dəyişik təsdiq edilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, dəyişiklik dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadənin təmin edilməsi, bu torpaqların icarəyə verilməsi sahəsində mövcud olan problemlərin həlli, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını nəzərdə tutur.

Yeni layihə həmin torpaqların icarəyə verilməsinin xüsusiyyətlərini tənzimləyəcək. 

Qanun layihəsində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürkmək istəyən şəxsin müvafiq icra hakimiyyəti orqanına müraciəti, ərizəyə əlavə olunan sənədlərin siyahısı, müraciətə baxılması qaydası, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildikdə, onun razılıq alınması üçün aiddiyyatı müvafiq icra hakimiyyəti orqanına göndərilməsi, bu orqanın razılığının verilməsi, yaxud razılıq verilməsindən imtinası, razılıq verildikdə icarə müqaviləsinin bağlanması ilə bağlı məsələlər tənzimlənib.

Eləcə də bax: İlham Əliyev “Kristal Abşeron”un tikdiyi layihənin açılışında iştirak edib-FOTO

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269