ƏMLAK

Sultanın adamları Bakıda yüzlərlə ev alır...
09 APREL
806

Sultanın adamları Bakıda yüzlərlə ev alır...

2018-04-09 12:25:00
Oman Bakıda daşınmaz əmlak üçün investisiyaları artırıb. Fins.az xəbər verir ki, bunu Oman Sultanlığının Türkiyədə və Azərbaycandakı səfiri Qasım bin Məhəmmədi bin Salem əl-Salhi deyib.

Diplomat bildirib ki, Omanın Azərbaycan paytaxtının daşınmaz əmlakına investisiyalarının həcmi bu gün milyon dollarla ölçülür. Oman investorları Bakıda artıq beş bina əldə ediblər və onları mehmanxanaya çevirəcəklər.

“Son illər ərzində Omandan Azərbaycana on minlərlə turist gəlib və belə qonaqların sayı daim artır. Yaxın vaxtlarda ölkələr arasında daha bir aviareys açılacaq: Maskat- Bakı. Bu, turist axınına imkan yaradacaq. Amma biz istəyərdik ki, turizm hər iki tərəfə inkişaf etsin. Azərbaycan turistlərini sultanlığa cəlb etmək üçün tezliklə Omandan Bakıya turizm firmaları qrupunun nümayəndələri gələcəklər”, - deyə əl-Salhi bildirib.  (Fed.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256