ƏMLAK

"Bayıldakı evlərə kompensasiya yüksək ola bilməz"
04 APREL
579

"Bayıldakı evlərə kompensasiya yüksək ola bilməz"

2018-04-04 20:23:00

Baş nazirin müavini Abid Şərifov Bayıl sürüşmə zonasından 100-ə yaxın ailənin köçurüləcəyini bildirib. Abid Şərifov qeyd edib ki, köçürülən ailələrə kompensasiya veriləcək."Bayıl sürüşmə zonasından köçürülməli olan 97 ailəyə birdəfəlik kompensasiya verilməsi məsələsi üzərində çalışırıq. Amma bu, asan məsələ deyil. Vəsait məsələsinin həllinə çalışırıq”, - deyə baş nazirin müavini qeyd edib.

 Abid Şərifov onu da qeyd edib ki, sürüşmə zonasındakı 97 evdən 6-sı artıq tamamilə dağılıb:"Bu 6 ev biz ailələri oradan köçürəndən sonra uçulub. O evlərdə 32 nəfər yaşayırdı. Uçan 6 evə kvadratına görə kompensasiya veriləcək. Buradakı evlərin sənədləri yoxdur. Ona görə də kvadrata görə veriləcək pulun məbləği müəyyən olunmayıb".

Abid Şərifov qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, Bayıl sürüşmə zonasında tikinti aparmaq qadağandır. "Biz istərdik ki, 97 ev köçürülsün, sonra ərazi abadlaşdırılsın".

 Abid Şərifov qeyd edib ki, 97 evin heç biri rəsmiləşdirilməyib: "İcazələri yoxdur. "Sovetski"dəki sakinlərin evləri babasından, atasından qalıb. Oradakı evlərin sənədləri var. Bir də var özbaşına tikilən ev. Bu iki evin qiyməti və ödəniləcək kompensasiya eyni ola bilməz. Gərək haqq ilə danışaq". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256