ƏMLAK

Bakıda mini mənzillər dövrü başlayıb –YENİ TREND
04 APREL
2171

Bakıda mini mənzillər dövrü başlayıb –YENİ TREND

2018-04-04 11:37:00

Bakıda əhalinin həyat tərzində və ehtiyaclarında baş verən yeniliklər özünü mənzil bazarında da göstərməyə başlayıb. Son illər paytaxtın mənzil bazarında kiçik, daha dəqiqi, mini mənzillərə tələbat artır. Paytaxt sakinləri sahəsi nisbətən kiçik və daha praktik mənzillərə üstünlük verirlər. Səbəb belə evlərin ucuz başa gəlməsi və sosial obyektlərə yaxınlığıdır. Belə ki, sahəsi kiçik olan mənzillər 25-30 min manata başa gəlir. Bəzi yerlərdə 1 otaqlı mənzillərin qiymətləri hətta 14-15 min manata qədər enir. Bu da alıcılıq qabiliyyəti aşağı olan vətəndaşların mənzil sahibi olmasına imkan verir. Ancaq kiçik mənzillərin də öz tələbatları var.

 Sulu Təpəyə və Zabrata axın

2000-ci illәrin әvvәllәrindә, paytaxt әhalisi vә buraya sürәtlә axışan yeni sakinlәr mәnzil problemlәrini hәll etmәyә başlayanda adamların çoxu şәhәr kәnarına – Xırdalan vә ya Sabunçu rayonlarına üz tutmağa başladı. Buradakı boş torpaqlar ucuz vә әlçatan olduğuna görә, hәmin әrazilәr sürәtlә mәskunlaşdı. Tezliklә burada irilixırdalı evlәr inşa edilәrәk yaşayış başlandı. Amma bu evlәr heç dә bütün sakinlәri qane etmirdi: sosial obyektlәrin azlığı, iş yerindәn uzaqlıq, yollardakı tıxaclar vә vaxt itkisi şәhәr kәnarındakı evlәrә olan hәvәsi kәskin azaltdı. Xüsusilә iş yerlәri şәhәr mәrkәzindә olanlar özlәrinә mәhz burada mәnzil axtarmağa başladılar. Tikinti şirkәtlәri artan tәlәbatı vaxtında qiymәtlәndirdilәr vә nәticәdә, hazırda paytaxtda «mini mәnzillәr bumu» yaşanır.

 Şirkətlərin təklifləri belə dəyişir

Artıq paytaxtda bir neçә tikinti şirkәti öz layihәlәrindә mini mәnzillәrdәn istifadә edir. Mәsәlәn, “Kristal Abşeron” şirkәtinin Günәşli qәsәbәsindәki “Yeni Günәşli 1” layihәsindә 1 otaqlı mәnzillәr fәrqli üslubda – 1+1 formasındadır. 41 kvadratmetrlik mәnzildә mәtbәx ümumi otağın bir hissәsi kimi inşa edilib. “Yeni Günәşli 2”layihәsindә isә 1+1 üslubunda tikilәn 1 otaqlı mәnzillәrin sahәsi daha az - 34,9 kvadrametrdir. Xırdalanda inşa edilәn “AAAF Park” layihәsindә isә 1 otaqlı mәnzillәr 28,7 kv.metrdәn başlayır. Şirkәt bu mәnzillәrә 13 min manat qiymәt qoymuşdu, amma tәlәbat çox olduğundan evlәr sürәtlә satılıb. Әn kiçik mәnzillәri isә “Melissa Qroup” inşa edir. Şirkәtә mәxsus “Melissa Park” layihәsindә 1 otaqlı mәnzillәrin sahәsi 26,8 kvadratmetrdәn başlayır.

Maşın qiymətinə mənzil

Şirkәt nümayәndәlәri kiçik mәnzillәrin sürәtli artımını әhali tәrәfdәn tәlәbatın böyük olması ilә izah edirlәr. «AAAF Park» yaşayış kompleksindә bildirilir ki, burada mәnzillәrin әksәriyyәti kiçik ölçülüdür, çünki onlar gәlirlәri nisbәtәn aşağı olan ailәlәr üçün nәzәrdә tutulub. Maraqlıdır ki, mәnzillәrin kiçik olmasına baxmayaraq, otaq sayına tәlәbat sabit qalıb. Sakinlәr ölçülәri kiçik olsa da, 2 otaqlılara üstünlük verirlәr. AAAF-ın media meneceri Rәşad Әliyev bildirir ki, kiçik evlәrin inşası zamanı sahә itkilәri çox olur vә bu da layihәlәr sәrfәli olmadığından bәzi şirkәtlәr belә mәnzillәr tikmirlәr: «Amma kütlәvi tikinti olanda belә mәnzillәri inşa etmәk sәrfәlidir. Ona görә biz kütlәvi tikintiyә üstünlük veririk. Söhbәt 12 min mәnzilin inşasından gedir». NİYə KİÇİK MəNZİLLəRİ ALIRLAR? Alıcıların bir hissәsi kiçik mәnzillәri investisiya etmәk, yәni kirayә mәqsәdilә alırlar. Şәhәrin әlverişli yerlәrindә, infrastruktura yaxın әrazilәrdә yerlәşәn mәnzillәr, gәnc ailәlәr, tәlәbәlәr vә günün böyük hissәsini evdәn kәnarda keçirәn aktiv insanlar üçün sәrfәli variantdır. Belә mәnzillәrin kirayә haqqı nisbәtәn ucuz olduğuna görә, onlara tәlәbat böyük olur. Ona görә dә kiçik mәnzillәrin bir çoxunu kirayә lırlar. Әn әsası, belә mәnzillәrә tәlәbat böyük olduğuna görә, ehtiyac yarananda onları satmaq da asandır. Kiçik mәnzillәrә tәlәbatın belә yüksәk olması nәinki tikilәn, hәtta artıq tikilmiş, hazır binalarda da layihәnin dәyişdirilmәsinә sәbәb olur. «MBA Qrup» şirkәtinin rәhbәri Nüsrәt İbrahimov bildirir ki, bәzi MTK-lar sahәsi böyük olan mәnzillәrin yaxşı satılmadığını görәrәk, layihәlәri dәyişirlәr: «Onlar iri mәnzillәri bölәrәk bir neçә kiçik mәnzilә çevirirlәr. Tәbii ki, bu yalnız hәmin dәyişikliyә imkan olan mәnzillәrdә mümkündür».

 Şəhərdə, yoxsa qəsəbələrdə?

Qarşıdakı illәrdә sahәsi nisbәtәn kiçik, otaq sayı çox olan mini mәnzillәrin sayı getdikcә artacaq. R.Әliyev bildirir ki, kiçik mәnzillәrә tәlәbat xüsusilә çoxdur: «Nә qәdәr qәribә olsa da, şәhәr әhalisi kiçik mәnzillәrdә yaşamağa öyrәşiblәr. Sakinlәrin әksә riy yә - ti «Xruşşovka» adlanan binalarda yaşayıblar. Burada da mәnzillәrin sahәsi kiçik olurdu. «Xruşşovka»lardan sonra digәr kiçik mәnzillәr elә dә narahat görünmür. Üstәlik, kiçik evlәrin qiymәti dә ucuz olduğundan adamlar o tipli mәnzillәr almaq istәyirlәr». Әmlak üzrә ekspert Ramil Osmanlı da belә mәnzillәrin artdığını qeyd edir: «Әgәr әvvәllәr şәhәr mәrkәzinә yaxın әrazilәrdә inşa edilәn әn kiçik mәnzilin sahәsi 50 kv.metr idisә, indi artıq 35-40 kv.metr olan, bәzәn ondan da az olan mәnzillәrә rast gәlinir. Bu da imkan verir ki, tikinti şirkәtlәri öz mәhsullarını daha rahat sata bilsinlәr».

Sahəyə uyğun əşyalar seçmək lazım olacaq

Kiçik sahәli mәnzillәrin digәr üstünlüyü onların daha praktik vә yığcam әşyalarla tәmin olunmasıdır. Mütәxәssislәrin fikrincә, 1 otaqlı mәnzildә әn çoxu 2 nәfәr rahat yaşaya bilәr. Burada onlara az yer tutan vә ya tez yığılıb-açılan stol-stullar, divan, şkaflar lazım olur. Hәmin adamlar 2 mәrtәbәli çarpayılara üstünlük vermәlidir. Otaqda televizor, telefon, bәzi şkaflar divardan asıl malıdır. Çünki onlar 1 otağa daha çox әşya yerlәş - dirmәyә mәcburdurlar. Bu zaman tәmizlik alәtlәri vә kondisioner dә nisbәtәn kiçik ölçüdә seçilmәlidir. Kiçik ölçülü mәnzildә eyvanı lәğv edәrәk otağın sahәsini böyütmәk dә mümkündür. Vә ya mәtbәxi eyvana köçürmәk olar. Bu zaman mәtbәxdә istifadә edilәn әşyaların sayı da azalacaq. Burada daha praktik vә nisbәtәn kiçik ölçülü soyuducu, az tutumlu paltaryuyan maşın vә digәr alәtlәri saxlamaq mәslәhәt görü- lür. Bu zaman mәtbәx stoluna ehtiyac qalmayacaq. Ancaq әn yaxşısı eyvanda әrzaqları vә digәr tәlәbat mallarını saxlamaq üçün şkafların qurulmasıdır. Bu, xüsusilә qış aylarında soyuducuya tәlәbatı azaldacaq. Әgәr mәtbәx otağın bir hissәsindә yerlәşibsә, orada hava tәmizlәyici qurğunun (aspirator) qoyulması mütlәqdir. Çünki evin havasını tәmiz saxlamaq lazım gәlәcәk. Belә şәraitdә mәtbәxә ayrıca xalça salmağa da ehtiyac qalmır. Mütәxәssislәrin fikrincә, bu praktikanı 2 otaqlı mәnzillәrdә dә istifadә etmәk olar. Burada әn yaxşı halda 4 nәfәr rahat qala bilәr. Ancaq әşyaların sayını minimuma endirmәli olacaqlar. 2 otaqlı mәnzillәrin mәtbәxi nisbәtәn iri olduğundan oradan yemәkxana kimi dә yararlanmaq mümkündür. Bu zaman qonaq otağında stol-stula lüzum qalmır. Әvәzindә daha rahat yumşaq mebellәr qurulur. Vә ya yazı masasını hәmin otaqda yerlәşdirmәk mümkündür. Belәliklә, gәliri az olan ailәlәr kiçik mәnzillәr alarkәn bir sıra xәrclәrinә dә qәnaәt etmiş olurlar. Bu zaman böyüklәrә belә evdә yaşamaq rahat olsa da uşaqlar darısqallıqdan әziyyәt çәkirlәr. Şәrait onlara rahat oynama, әşyalarını yığıb saxlama imkanı vermir.

  “Daşınmaz Əmlak” jurnalı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256