ƏMLAK

Bakıda kvadratı 820 manatdan yeni mənzillərin – SATIŞI BAŞLADI
05 MART
2028

Bakıda kvadratı 820 manatdan yeni mənzillərin – SATIŞI BAŞLADI

2018-03-05 16:18:00

İndiki dövrdə işini beynəlxalq normalara və bazarın tələblərinə uyğun şəkildə qura bilən şirkətlər daha çox uğur qazanırlar. Onların tikdiyi binalar isə ən bəyənilən və arzuolunan yaşayış komplekslərinə çevrilir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Belə yaşayış komplekslərindən biri də “Xətai Park” qapalı yaşayış kompleksidir. Bakının ekoloji cəhətdən ən təmiz rayonlarından biri olan Xətai rayonunun Gəncə prospektində, dəniz mənzərəli yüksəklikdə yerləşən 20 bloklu bu yaşayış kompleksi 20-23 mərtəbəli 5 binadan ibarətdir.

Şəhərciyi təşkil edən 1528 mənzilin hər biri təbii qazla və mülkiyyətin qeydiyyatı haqqında dövlət reyestrindən Çıxarışla təmin olunacaq.

Yüksək peşəkarlığa malik memarlar tərəfindən layihələndirilmiş kompleks irihəcmli layihələri ilə tanınan Kontinent İnşaat tərəfindən tikilir. Kontinent İnşaat bugünədək bir neçə uğurlu layihəyə imza ataraq tikinti bazarında lider mövqelərdə qərarlaşmış bir şirkətdir. Onun tikintisini başa çatdırdığı beşulduzlu otellər, ictimai və sənaye obyektləri, premium rezidenslər ən yüksək standartlara cavab verir. Şirkət “Xətai Park” layihəsində də çox iddialıdır.

Belə ki, Bakının mərkəzindən cəmi 10 dəqiqəlik məsafədə, ictimai nəqliyyatla yaxşı təmin olunmuş və metroya yaxın bir ərazidə yerləşən, rahat yaşamı təmin edəcək hər cür infrastruktura malik olan bu şəhərcik gələn il öz sakinlərinə qovuşacaq. “Xətai Park” öz kafe və restoranları, idman zalı, alış-veriş zonaları, uşaq bağçası, müasir biznes sahələri və istirahət parkı ilə öz sakinləri üçün ayrıca bir dünya yaradacaq.

“Xətai Park”-da mənzil sahibi olmaq istəyənlər onu tam faizsiz, hissə-hissə ödənişlə əldə edə bilərlər. Mənzilləri 24 ay müddətinə əldə etmək istəyənlərin cəmi dəyərin 30%-i, 36 ay müddətinə əldə etmək istəyənlərin isə 40%-i həcmində ilkin ödəniş etməsi yetərlidir.

Gənc ailələr, eləcə də, yüksək keyfiyyətli modern yaşama üstünlük verən insanlar “Xətai Park” yaşayış kompleksində mənzilləri çox da baha olmayan qiymətə əldə edə biləcəklər. Burda qiymətlər 1 kvadratmetr üçün 820-1000 manat arasında dəyişir ki, bu da belə mükəmməl şəraitli mənzillər üçün olduqca aşağı qiymətdir.

Əlavə məlumat almaq istəyənlər sales@xataipark.az ünvanına yaza və ya (012) 579 47 87, (055) 555 74 74 nömrələrinə zəng edə bilərlər.

Bütün layihələrini maksimum şəffaflıqla icra edən Kontinent İnşaat bu layihəni də eyni prinsiplərlə tikir. Kompleksin necə tikildiyini görməyi arzu edən hər bir kəs ərazini 24 saat ərzində müşahidə altında saxlayan veb-kameralar vasitəsilə tikinti prosesini canlı izləmək imkanına malikdir: http://www.xataipark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272