ƏMLAK

Tikinti icazələri şəffaflaşa bilər – QANUNDA DƏYİŞİKLİK
21 FEVRAL
385

Tikinti icazələri şəffaflaşa bilər – QANUNDA DƏYİŞİKLİK

2018-02-21 10:16:00
Prezident İlham Əliyev «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib. Fins.az xəbər verir ki,yeniliyə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın hazırlanması üçün yerli icra hakimiyyətlərinə verilən vaxt daha bir il artırılıb. Qeyd edək ki, Məcəllə qəbul ediləndə qərara alınmışdı ki, yerli icra hakimiyyətləri idarə etdikləri ərazi üzrə müfəssəl planları 3 il müddətində hazırlasınlar, amma sonradan bu müddət 4, 5 və indi isə 6 ilədək uzadılıb. 

Qeyd edək ki, müfəssəl plan, yaşayış məntəqəsinin ərazisində şəhərsalma və tikinti işlərinin aparılması ilə bağlı detalları əks etdirən sənəddir. Müfəssəl planların tətbiq edilməsi şəhərsalma fəaliyyətinin tənzimlənməsi ilə yanaşı, ərazidə tikinti aparılacaq yerlərin əvvəlcədən müəyyənləşməsini, bununla da tikinti  icazələrinin verilməsində şəffaflığı da təmin etməlidir. Amma ötən müddətə baxmayaraq yerli icra hakimiyyətləri hələ də bu planların hazırlanmasına maraq göstərmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259