ƏMLAK

Şəxsiyyət vəsiqəsi ilə mənzillər satılır
25 DEKABR 2017
845

Şəxsiyyət vəsiqəsi ilə mənzillər satılır

2017-12-25 14:33:00

“Kristal Abşeron” şirkəti daxili kreditin müddətini uzadaraq “5 illik daxili kredit” kampaniyasına start verib. Kampaniya 31 Yanvar 2018-ci il tarixinədək davam edəcək. Belə ki, daxili kredit nağd ödənişlə mənzil almağa pulu çatmayanlar üçün əla fürsət yaradır. Mənzilin dəyərinin bir hissəsini əlinizdəki pul ilə, qalan hissəsini isə 5 ilə müddətinə ödəyə bilərsiniz.

Yalnız şəxsiyyət vəsiqəsi ilə evə sahib ol 

“Kristal Abşeron” şirkəti 20-yə yaxın yaşayış kompleksinin tikintisini həyata keçirir. İndi istədiyiniz layihədən tək şəxsiyyət vəsiqəsi ilə 5 illik kreditlə mənzil ala bilərsiniz. İlkin ödəniş 30% təşkil edir. Mənzillər tam təmirli təhvil verilir.

Həmçinin, “Kristal Abşeron” şirkəti bir neçə bank vasitəsilə 25 il müddətli ipoteka kreditini təklif edir. İlkin ödəniş 20%, faiz dərəcəsi illik 7% təşkil edir.

Mənzillər paytaxtın ən yaxşı küçələrində inşa edilir 

“Kristal Abşeron” şirkəti Bakı, Xırdalan və Sumqayıt şəhərinin ən prestijli küçələrində yaşayış binaları tikir.

Şirkət bir-bir layihələrini təhvil verir. Sonuncu dəfə “Bayıl” layihəsini yaşayışa verən şirkət, gələn ilin fevral ayının sonunda “Azadlıq” metrosuna 2 addımlıq məsafədə yerləşən 8-ci mikrorayon layihəsini təhvil verməyi planlaşdırır. Siz də “Mikrorayon” layihəsinə gəlin, tam təmirli mənzil alın, Novruz bayramını ailənizlə birlidə yeni evinizdə qarşılayın.

Bundan başqa “Kristal Abşeron” şirkəti, Yasamalda tikdiyi yaşayış kompleksini 2017-ci ilin sonundan təhvil verməyə başlayacaqdır. Mətbuat və Şərifzadə prospektlərinə çıxışı olan yaşayış kompleksinin yaxınlığında “İnşaatçılar” metrosu, ASAN Xidmət, banklar, 158 saylı orta məktəb, ticarət mərkəzləri, bazar,Rabitə qovşağı (ATS) və s. yerləşir.

Qışda isti yayda sərin mənzillər

“Kristal Abşeron” layihələrində“TexnoNikol” şirkətinin izolyasiya sistemlərindən istifadə edilir. Soyuğa, istiyə, nəmlənməyə dayanıqlı “TechnoNikol” şirkətinin izolyasiya məhsulları vulkanik daşlardan hazırlanır və bütün beynəlxalq standartlarlara cavab verir. “TexnoNikol” şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzili isti, isti havada isə sərin saxlayır.

Yüksək keyfiyyətli materiallarla təmir 

“Kristal Abşeron” şirkəti mənzilləri təmirli təhvil verir. Mənzillər, İtaliyanın “Limonta şirkətinin divar kağızlarından, Rusiya istehsalı palıd parketdən,  İspaniyanın “STN” firmasının kafel və metlaxlarından, Türkiyənin E.C.A. firmasnın istehsalı hamam aksesuarlarından istifadə olunaraq təmir edilir. Mənzillərə Türkiyə istehsalı seyf giriş qapısı qoyulur.

Layihələr barədə daha ətraflı: https://www.facebook.com/KristalAbsheron/

http://kristalabsheron.az/

Tel: *1544

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258