ƏMLAK

Azərbaycanda tikintiyə ayrılan kreditlər azalıb
19 DEKABR 2017
455

Azərbaycanda tikintiyə ayrılan kreditlər azalıb

2017-12-19 15:22:00

Azərbaycanda maliyyə və kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşları aylıq müqayisədə 4,1% və ya 200,2 mln. manat azalaraq 2017-ci il noyabrın 1-nə 4 681,3 mln. manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə azalma 20,7% və ya 1 224,8 mln. manat olub.

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin noyabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunda ev təsərrüfatlarının xüsusi çəkisi 38,5%-ə enib. Qeyd edək ki, bu göstərici 2017-ci il oktybarın 1-nə 39,2%, 2016-cı il noyabrın 1-nə 37,3% təşkil edib.

Hesabata əsasən, daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka kreditləri də daxil olmaqla) kredit qoyuluşu oktyabrda cüzi - 0,06% azalaraq noyabrın 1-nə 1 719,0 mln. manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır