ƏMLAK

Dövlət əmlakını elektron hərracla almaq olacaq
06 DEKABR
168

Dövlət əmlakını elektron hərracla almaq olacaq

2017-12-06 12:48:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir innovativ layihə reallaşıb. Belə ki, 6 dekabr tarixində “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: müasirlik və şəffaflıq” mövzusunda təqdimat keçirilib. Fins.az-ın məlumatına görə, bu layihənin reallaşdırılması nəticəsində bütün növ dövlət əmlakını heç bir yerə getmədən bir virtual məkandan Elektron Hərrac vasitəsilə özəlləşdirmək mümkündür. Başqa sözlə nəinki nəqliyyat vasitələrinin, həmçinin kiçik dövlət müəssisələrinin, səhmdar cəmiyyətlərin səhm paketlərinin, qeyri-yaşayış və torpaq sahələrinin hərracı tam elektronlaşdırılıb. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb bütün növ dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək, hərraclarda iştirak etmək üçün sifariş vermək, hərracın gedişatını birbaşa olaraq onlayn şəkildə izləmək kimi proseslər elektron müstəviyə keçib.

Elektron hərracların istifadəyə verilməsinin prioritet prinsiplərdən biri də məkan məfhumunun aradan qaldırılması, zaman faktorunun minimumlaşdırılması, iştirak prosedurlarının sadələşdirilməsi, statistik göstəricilərin yüksəldilməsidir. Bunun nəticəsində prosesdən büdcə daxilolmalarının artmasına şərait yaranır. Eyni zamanda, bu layihələrin reallaşdırılması vətəndaş məmur münasibətlərinin minimuma endirir, investorların özəlləşdirilməyə cəlb olunması ilə bağlı geniş imkanlar yaradır.

Qeyd edək ki, hərraclarda elektron iştirak etmək Komitənin emdk.gov.az rəsmi səhifəsi ilə izləmək mümkündür. Bu məqsədlə saytda xüsusi keçid də yaradılıb. Elektron hərracdan istifadə mexanizmi kifayət qədər sadə və rasionaldır. Bununla yanaşı Komitənin http://privatization.az saytı vasitəsilə bir virtual məkanda özəlləşdiriləcək əmlak və müəssisələr barədə məlumat əldə etmək və onlayn rejimdə hərracda iştirak etmək imkanları yaradılıb.gov.az

İstənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.

Tədbirdə “Dövlətə məxsus əmlakların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidmətinin istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olub və bu proses əyani nümayiş etdirilib. Qeyd edilib ki, yeni funksiya özəlləşdirmə prosesinin operativliyini artıraraq bu sahənin innovativ üsullarla daha da inkişaf etməsinə şərait yaradacaq. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir.

Hərracda iştirak qaydaları ilə tanış olduqdan sonra davam etmək üçün “Razıyam” düyməsini seçərək qaydaları qəbul etmiş olur. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz beh məbləği haqqında məlumatla tanış olduqdan sonra telefon nömrəsini, poçt ünvanını daxil edir və “Sifariş ver” düyməsini sıxır. Sifariş blankındakı məlumatların düzgünlüyünü yoxladıqdan sonra “Beh ödə” düyməsindən istifadə edir. Behi ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir.

Qeydiyyatdan keçmiş şəxs (iştirakçı) hərracda canlı və yaxud onlayn rejimində iştirak edə bilər. Bunun üçün iştirakçı hərrac günü göstərilən vaxt hərrac keçirildiyi yerə gəlməli, yaxud hərracın keçirildiyi zaman Komitənin portalında müvafiq bölməyə keçərək hərracda iştirak etməlidir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalmış bitir.

Xatırladaq ki, Komitənin fəaliyyət istiqamətləri üzrə istifadə edilən 36 elektron xidmətdən 11-i dövlət əmlakının özəlləşdirilməsi ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287