ƏMLAK

“Bakı Tower”in açılış tarixi məlum oldu – EKSKLÜZİV
06 DEKABR
2576

“Bakı Tower”in açılış tarixi məlum oldu – EKSKLÜZİV

2017-12-06 10:49:00
 Gələn il Bakıda daha bir göydələnin tikintisi başa çatacaq. Söhbət "Azinko Holding" şirkətinin tikintisini həyata keçirdiyi “Bakı Tower” biznes və iş mərkəzində gedir. Bu barədə Fins.az-a şirkətin departament müdiri İsrail Alıyev məlumat verib.Onun sözlərinə görə, binanın tikintisinə 2014-cü ildən başlanılıb və plana əsasən qüllənin 2018-ci ilin sentyabr-oktyabr aylarında təhvil veriləcəyi gözlənilir.
İ.Alıyev bildirib ki, ümumi hündürlüyü 277 metr olan bina 50 mərtəbədən ibarətdir. Aşağı iki mərtəbənin hündürlüyü 6 metr, digər mərtəbələrin hündürlüyü isə 4,4 metrdir. Binanın tac hissəsində yerləşəcək 5 mərtəbənin hündürlüyü isə 5 metr təşkil edəcək. Binanın damper hissəsinin hündürlüyü isə 7 metr təşkil edəcək. Hazırda göydələnin damper hissəsinin tikintisi davam edir.
İ.Alıyevin sözlərinə görə, göydələndə ofislər, alış-veriş mərkəzləri, restoranlar, damper hissəsinə müşahidə ziyarət otağı fəaliyyət göstərəcək:“İnsanlar burada damperin işləmə prinsipinə müşahidə edə biləcəklər”.  
Göydələnin fərqli xüsusiyyətlərinə gəlincə, İ.Alıyev ofislər üçün daha geniş sahənin nəzərdə tutulduğunu  bildirib. Belə ki, bir mərtəbənin sahəsi 800 kv.m-dir. Bundan əlavə “Bakı Tower” MDB məkanında ən hündür göydələn hesab edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287