ƏMLAK

Paytaxtın inşaat sektorunda işləyənlərin sayı 70 min nəfərə çatıb
05 DEKABR 2017
170

Paytaxtın inşaat sektorunda işləyənlərin sayı 70 min nəfərə çatıb

2017-12-05 12:52:00

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 60,9 min nəfər olub. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1 faiz azalaraq, 1051,5 manat təşkil edib. İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əmək haqqı 15,5 faiz azalıb, binaların tikintisində işləyənlərin əmək haqqı 10,1 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əmək haqqı isə 13,8 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+3°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302