ƏMLAK

“2018-ci il Azərbaycanda əmlak ili olacaq” – VAHİD ƏHMƏDOV
28 NOYABR
653

“2018-ci il Azərbaycanda əmlak ili olacaq” – VAHİD ƏHMƏDOV

2017-11-28 16:41:00
“2018-ci il Azərbaycanda daşınmaz əmlak sektoru üçün ciddi il olacaq”. Bunu Fins.az-a eksklüziv açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, “Strateji Yol Xəritələrinin icrası ilə bağlı gələn il çox ciddi problemlər həll olunacaq. O cümlədən, tikinti sektorunun inkişafı həm iqtisadiyyatın inkişafına təsir göstərəcək”.  

V.Əhmədov Azərbaycanın daşınmaz əmlak sektoruna xarici investisiyaların gözlənildiyini deyib. Bakıda keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisinin bu baxımdan xüsusi önəm daşıdığını bildirib:”Burada yəqin müəyyən danışıqlar olacaq, müqavilələr bağlanacaq. 3 gün ərzində sərgi davam edəcək. Ona görə hesab edirəm ki, bu sərginin xarici investisiya baxımından çox böyük müsbət təsiri olacaq”.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289