ƏMLAK

Bakıda daşınmaz əmlak sərgisi keçiriləcək
13 NOYABR
179

Bakıda daşınmaz əmlak sərgisi keçiriləcək

2017-11-13 16:27:00

AZƏRBAYCAN RECEXPO 3-CÜ İLİNƏ DAHA DA GÜCLÜ BAŞLAYIR.  Fins.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi, Elan Expo ve Atılım Fuarcılık birgə təşkilatçılığı ilə həyata keçirilən RecExpo, Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi, 28-30 Noyabr tarixlərində Bakı Expo Mərkəzində baş tutacaq. Məluamata görə, keçən il olduğu kimi bu il də dövlət nümayəndələrini,xarici dövlət nümayəndələrini,dövlətlərarası mətbuat nümayəndələrini qarşılayacaqolan RecExpo, Azərbaycan Daşınmaz Əmlak və İnvestisiya sektoru üçün mərkəz olur. Keçən il 4500 ziyarətçini qarşılayan sərgini, bu il 10 mindən artıq şəxsin ziyarət etməsi gözlənilir. 3 gün olacaq sərgidə AZƏRBAYCAN, TÜRKİYƏ, B.Ə.Ə, QATAR, RUSİYA, UKRAYNA, ALMANYA, İSPANYA, PORTUQALİYA, GÜRCÜSTAN, MACARISTAN, FRANSA və bir çox ölkədən lüks və nüfuzlu layihələr sərgilənəcək. EMAAR TÜRKİYƏ, REMAX, KRİSTAL ABŞERON, GİLAN, SOUTHFİELD, PRO SPAİN, AZİNKO, BAKU WHİTE CİTY, DREAMLAND, AS GROUP, ERBATU  və daha çox şirkətin və 200 dən artıq layihənin qatılacağı sərgidə, ziyarətçiləri qatılan firmaların sərgiyə xüsusi hazırlandığı xüsusi endirimlər gözlüyür. Dövlətlərarası şirkətlərin nüfuzlu layihələrindən xüsusi qiymətlərindən ev alma fürsətini RecExpoda görün. Sərgidə iştirak üçün isə ödənişsiz daşıma imkanı vardır. 
Sərgidə “Daşınmaz Əmlak və İnvestisiya” konfransı təşkil olunacaq və bu sektorda yüksəlişlər diqqətdə saxlanılacaq.Dövlətlərarası sərmayeçilərin iştirak edəcəyi konfrans və sərgi Fins.az və digər media partnyorları tərəfindən izləniləcək, canlı yayımla izləyicilərə təqdim ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291