ƏMLAK

Sosial evlər üçün ilk binanın təhvil veriləcəyi vaxt – AÇIQLANDI
13 İYUL
729

Sosial evlər üçün ilk binanın təhvil veriləcəyi vaxt – AÇIQLANDI

2017-07-13 17:07:00
Sosial evlərin tikildiyi Yasamal Yaşayış Kompleksində ilk yaşayış binası  gələn ilin yayında təhvil veriləcək. Fins.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev məlumat verib. 
Bildirib ki, kompleksin tikintisi sürətlə davam etdirilir:
"Kompleksin Prezident İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 24.12.2016-cı il tarixində təməli qoyulmuş ilk 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin tikintisi aparılır.  3 mərtəbəli ümumtəhsil məktəbinin binasının isə tikinti-quraşdırma işləri artıq tamamlanmaq üzrədir. Hər iki tikilinin 2018-ci ilin yay aylarında tam təhvil verilməsi planlaşdırılır".
S.Nuriyev qeyd edib ki, 29 yaşayış binasından ibarət olacaq Yasamal Yaşayış Kompleksində hazırda 25-inin tikintisi, habelə elektrik enerjisi, su, qazla təminatı və kanalizasiya sistemini əhatə edəcək mühəndis-kommunikasiya şəbəkəsinin yaradılması işləri paralel olaraq həyata keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294