ƏMLAK

Daha 17 dövlət əmlakı özəlləşdirildi
06 İYUN
505

Daha 17 dövlət əmlakı özəlləşdirildi

2017-06-06 12:57:00

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

Komitədən Fins.az-a verilən məlumata görə, hərracda 7 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 17 dövlət əmlakı özəlləşdirilib.

Özəlləşdirilən qeyri-yaşayış sahələrinin 5-i paytaxtda (Yasamal, Xətai və Nərimanov rayonlarında), 1-i isə Gəncədə yerləşir. Bu əmlakların sahəsi 14,2-107,3 kv.m arasında dəyişir.

Özəlləşdirilən kiçik dövlət müəssisələrinin 4-ü Bakıda (Qaradağ, Nəsimi, Binəqədi və Nərimanov rayonlarında), 3-ü isə regionlarda (Gəncə, İmişli və Qubada) yerləşir.

Qeyd edək ki, hərraca çıxarılan bir sıra əmlaklar – Bakının Qaradağ rayonundakı “Metal və ərzaq anbarı”ı, İmişli rayonundakı 2 saylı yanacaq doldurma məntəqəsi və s. torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Anbarın torpaq sahəsi 14451,8 kv.m, ümumi faydalı sahəsi isə 2175 kv.m-ə yaxın, yanacaq doldurma məntəqəsinin torpaq sahəsi 27,5 kv.m, ümumi faydalı sahəsi isə 1370,5 kv.m dir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

ƏMDK növbəti hərracını iyunun 13-də keçirəcək. Bu hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1848

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297