ƏMLAK

Güclü mühafizə ilə təchiz olunmuş ev: Xəyal yoxsa reallıq?
11 YANVAR
369

Güclü mühafizə ilə təchiz olunmuş ev: Xəyal yoxsa reallıq?

2017-01-11 11:31:00

Bakının daşınmaz əmlak bazarı bu gün də  olduqca rəngarəngdir. Və əgər siz yeni mənzil almaq, yaşayış sahəsini genişləndirmək yaxud sadəcə qazanclı maya qoymaq istəyirsinizsə, məntiqli sual yaranır: sizin bütün ehtiyaclarınızı ən yaxşı şəkildə qarşılayacaq mənzili necə seçmək olar?

Təkliflərin sayı olduqca çoxdur. Siz ikinci dərəcəli bazarda yüzlərlə özəlləşdirilmiş mənzillər, ilkin bazarda tikinti şirkətlərindən onlarla cəlbedici təkliflərlə qarşılaşacaqsınız. Odur ki, seçim etmək çətin olacaq.

Yeni tikilmiş binada mənzil almağın danılmaz üstünlükləri arasında cəlbedici sahə, müasir və rahat plan, tamamilə yeni kommunikasiyalar (köhnəlmiş kommunikasiyaları yeniləməyə ehtiyac olmayacaq) və əlbəttə ki, infrastruktur - yaxşı planlaşdırılmış həyətlər, maşın dayanacaqları, uşaq meydançaları və s. qeyd etmək olar.

Lakin bu zaman da tikinti şirkətinin öz işinə ədalətlə yanaşıb-yanaşmaması barədə suallar meydana çıxır. Tikinti və bəzək materiallarının keyfiyyətini necə müəyyən etmək və almağa hazırlaşdığınız mənzilin nə dərəcədə etibarlı olduğunu başa düşmək olar?

Yeni tikilmiş binada mənzil seçimi necə edilməlidir?

Azərbaycan Memarlıq və İnşaat Universitetinin fakültəsinin keçmiş dekanı Əyyam Hüseynovun fikrincə, mənzil seçimi prosesində istehlakçılar ilk növbədə tikinti şirkətinin nüfuzuna və daha öncə tikdiyi binalara xüsusi diqqət yetirməlidirlər.

“Yeni mənzilin alınması mühüm hadisədir və buna məsuliyyətlə yanaşmaq lazımdır. Alıcının tikinti şirkətindən binanın tikintisində istifadə olunan bütün tikinti materiallarının keyfiyyət sertifikatlarını tələb etməyə tam hüququnun olduğunu çox az adam bilir. Bundan əlavə liftlərin, pəncərələrin, qapıların keyfiyyətindən əmin olmaq lazımdır. Həmçinin bütün icazə sənədləri ilə tanış olmaq da yerinə düşərdi”, - deyə Ə.Hüseynov bildirib. Onun sözlərinə görə bəzi yeni tikilən binaların əsas problemləri layihələrdə nəzərdə tutulan şərtlərin pozulması ilə bağlıdır.

“Çox vaxt qənaət məqsədilə səhlənkar tikinti şirkətləri bir materialı digəri ilə əvəz edir. Məsələn, layihədə bünövrənin və ya daşıyıcı divarların konstruksiyası üçün dəmir-beton sütunlarının armaturlaşdırılması zamanı 20 mm diametrində olan armaturdan istifadə etməyin lazım olduğu, 18 mm diametrində olan oxların istifadəsinin isə tamamilə yolverilməz olduğu qeyd oluna bilər. Qeyd olunmuş şərtə əməl etməmək cinayətə bərabərdir, axı bu karkasın konstruktiv elementinin ən mühüm möhkəmlik göstəricilərindən biridir”, - Ə.Hüseynov qeyd edib. Onun müşahidələrinə görə, son illərdə bazarda vəziyyət dəyişib.

“Əgər əvvəllər alıcılar bir çox hallarda materialların keyfiyyətini təsdiq edən sənədləri tələb etməyərək, yalnız alınan yaşayış sahəsinin planı və mənzilin özünün vəziyyəti ilə qane olub tikinti şirkətinin təsvirləri və vədləri əsasında müqavilələr imzalayırdılarsa, hazırda  bu tendensiya dəyişib. İnvestorlar yalnız satın alınan mənzilin daxilində deyil, həm də onun hüdudlarından kənarda - pilləkən meydançasında, liftdə və s. yerlərdə aparılan tikinti işlərinin keyfiyyəti ilə maraqlanmağa başlayıblar”, - deyə Ə.Hüseynov əlavə edib.

Bununla belə, məhz bu nüanslar nəticə etibarilə yeni tikilən binada yaşayışın rahatlığına daha böyük təsir göstərə bilər.

Sizin üçün  mənzil alarkən lazım olacaq bəzi məsləhətlər toplamışıq.

Ekspertlər tövsiyə edir:

1. Qeyd etdiyimiz kimi tikinti şirkətinin nüfuzu olduqca vacibdir. Şirkət tərəfindən daha öncə həyata keçirilmiş layihələrlə maraqlanmaq lazımdır. Əgər imkan varsa internet forumlarda bu mövzuya dair axtarışlar etmək, sakinlərlə bir qədər söhbət etmək lazımdır.

2. Çox cəlbedici satış şərtləri təklif etsələr belə, tikinti şirkətləri tikinti materiallarının və işlərin keyfiyyətinə mütləq zəmanət verməlidir. Layihə sənədlərini, tikinti materiallarının keyfiyyət sertifikatlarını və tikinti işlərinin yerinə yetirilməsi üçün baş podratçılarının lisenziyalarını tələb edin. Öz nüfuzunun qeydinə qalan tikinti şirkəti heç bir problemsiz bütün sənədləri mütləq təqdim edəcək.

3. Mənzil seçərkən istilik sistemi, elektrik şəbəkəsi, kanalizasiya, su təchizatı və sair kommunikasiyaların keyfiyyətinə diqqət yetirin.

4. Ümumi istifadə sahələrinə, pilləkən və lift meydançalarına və liftlərin keyfiyyətinə diqqət yetirin.

Ə.Hüseynovun fikrincə tikinti işlərinin keyfiyyətini müəyyən etmək üçün detallara diqqət yetirmək kifayətdir.

Hər bir şey dəfələrlə yoxlanılır

“Binaya daxil olan kimi onun keyfiyyəti dərhal görünür. Məsələn, “Panorama Park” yaşayış kompleksində (mən orada sahə rəisi vəzifəsini icra edirəm) hər şey şəffafdır. Alıcı gələ və aparılan işlərlə tanış ola bilər. Bizim kompleks İSO 9001 standartlarına əsasən tikilir ki, bu da binanın keyfiyyətini və dayanıqlığını təmin edir. Burada təməlin qoyulmasından başlayaraq bəzək işlərinə qədər işin bütün mərhələlərində yerinə yetirilən fasiləsiz nəzarət həyata keçirilir. Sement, beton, armatur laboratoriyada ilkin yoxlamadan keçirilir. Bütün bunlar sənədlərlə qeydə alınır. Bundan başqa, betonun zavoddan meydançaya daşınması vaxtına qədər hər şey nəzərə alınır. Bu müddət 60 dəqiqədən çox olmamalıdır. Mən bu prosesə şəxsən nəzarət edirəm. Təcrübəm isə kifayət qədərdir - universitetdə 20 illik iş təcrübəsinə sahibəm, ondan əvvəl isə Dəmir-beton məmulatları zavodunda 8 il baş mühəndis vəzifəsində çalışmışam.

Əgər, hər hansı bir səbəbdən, betonun konsistensiyası tələb olunandan seçilirsə, o, qaytarılır”, - deyə Ə.Hüseynov bizə bildirdi.

Seysmik müqavimət məsələsinə toxunan Ə.Hüseynov möhkəmliyi artırmaq üçün, kompleksin bünövrəsinin üstündən diametri 1 metr olan monolit dirəklər quraşdırıldığını deyib. “Bina 9 ballıq zəlzələyə davam gətirə bilər. Hər mərtəbə Azərbaycanın FHN-in məsul şəxsləri tərəfindən qəbul edilir”, - deyə böyük qürur hissi ilə Ə.Hüseynov qeyd edib.

Keyfiyyət və rahatlıq

“Panorama Park” yaşayış kompleksi tikinti texnologiyasına ciddi riayət edilmə və Almaniya, Yaponiya, Finlandiya Türkiyə, ABŞ, Rusiya və Azərbaycanın aparıcı istehsalçılarından olan tikinti materiallarının əla keyfiyyəti ilə fərqlənən etibarlı və sınanmış Alians Development şirkətinin layihəsidir. Kompleksə daxil olan bütün binaların inşasının 2017-ci ilin may ayında başa çatdırılması planlaşdırılır.

Qeyd etmək lazımdır ki, binaların inşasında istifadə olunan tikinti materialları barədə məlumat http://panoramapark.az/saytında yerləşdirilib. Bu cür məlumatların potensial istehlakçılara təqdim olunmasına çox nadir hallarda təsadüf edilir. Bəlli səbəblərdən heç də hər tikinti şirkəti alıcıları bu qədər ətraflı məlumatlandırmağa hazır deyil.

Biz bu məlumatları burada da diqqətinizə çatdırmaq istərdik.

“Gobustone” hörgü daşları (Azərbaycan) - təbii komponentlərdən hazırlanmış alışmayan, odadavamlı, temperaturun təsirinə məruz qalmayan materialdır. Material İsveç, Finlandiya və Almaniyada çoxsaylı tədqiqatlardan keçirilib.

“Technonikol” daş yunu (Rusiya) - isti və soyuqdan qoruyan, binanın möhkəmliyini və davamlılığını artıran 80 kq/m3 sıxlığa malik materialdır.

“DuPont” istilik izolyasiyası (Amerika) - fasad işləri zamanı qurğuların su buxarının tənzimlənməsini və kondensasiyasını təmin edən “nəfəs alan” su izolyasiya örtüyüdür. Bu izolyasiya örtüyü yağıntıların, rütubətin və soyuğun təsirinə dayanıqlıdır və binanı korroziyadan və rütubətdən qoruyur.

“U-kon” alüminium metal konstruksiyalar (Rusiya) - betona bərkidilən və keramik üzlük daşlarını saxlamağa imkan verən metal konstruksiyalar sistemidir.

“Gələcəyin keramikası” keramik üzlük plitələr (Rusiya) binaları qışda isti, yayda isə sərin saxlayan və bununla da kommunal xərclərə 30%-ə qədər qənaət etməyə imkan verən oda və rütubətə davamlı üzlük plitələrdir. Bundan başqa, bu plitələr mükəmməl görünür və solmur. Zəmanət – 50 il.

“Adopen” pəncərələri (Türkiyə). Xüsusiyyətləri: - profillərin qalınlığı 73 mm qədər; - rəngi – boz (antrasit çaları); - şüşə – 6 mm + 6 mm (temperasiyası müəyyən edilmiş şüşə); - daxili dəmir profilin qalınlığı – 1,2 mm; - pəncərələrin içindəki xüsusi dəmir profillər pəncərələrə öz formasını dəyişməyə imkan vermir.

“Kerama Marazzi” məşhur italyan brendinin Rusiyada istehsal olunan keramikasıdır. Bina hollarının tikilməsi zamanı istifadə olunur.
“Kone” paslanmayan poladdan hazırlanan yüksək sürətli səssiz liftlərdir (Finlandiya). “Panorama Park” qapalı kompleksinin hər binasında 2 sərnişin və 1 yük lifti olmaqla 3 lift quraşdırılıb. - 1000 kq –13 nəfərə qədər; - 320 kq –4 nəfərə qədər; - 630 kq – 8 nəfərə qədər. Bu liftlərin hər birində UPS quraşdırılıb, bu isə o deməkdir ki, bu liftlər hətta elektrik kəsildikdə belə sizi lazım olan mərtəbəyə çatdıracaq! Bu liftlərin hazırlanmasında istifadə olunan materiallar və eksklüziv dizayn xüsusi olaraq “Panorama Park” yaşayış kompleksi üçün sifariş olunub.

Panorama Park binaları Gəncə və Nobel prospektlərinin kəsişməsində yerləşir. Yaşayış kompleksi öz adını Bakı Buxtasına açılan gözəl mənzərəyə görə alıb. Alıcıların istənilən zövqdə, müxtəlif ölçülü, planlı və istiqamətli 1,2,3,4,5 otaqlı mənzillər seçmək imkanı var! Siz həm zövqünüzə görə təmir olunmuş mənzil, həm də təmirsiz yaşayış sahəsi əldə edə bilərsiniz. Bütün tikinti və təmir işlərinə, həmçinin pəncərə və giriş qapılarına zəmanət verilir. Bütün mənzillər müasir havalandırma, su təchizatı və istilik sistemləri ilə təchiz edilib.
Kompleksdə 450 avtomobil üçün nəzərdə tutulmuş ikimərtəbəli avtomobil dayanacağı, mağaza, uşaq bağçası, uşaqlar və böyüklər üçün oyun və idman meydançaları, idman və fitnes zalları, gözəllik salonu, SPA, bir sözlə, rahat yaşayış üçün lazım olan hər şey nəzərdə tutulub. Təhlükəsizliyi isə bütün sutka ərzində həyata keçirilən mühafizə və videokameralar təmin edəcək.

Əgər siz hələ də özünüzə əlverişli mövqeyin, inkişaf etmiş infrastrukturun, gələcək mənzilin planının və ya tikinti materiallarının keyfiyyətinin hansının daha vacib olduğu sualını verirsinizsə biz sizə kömək edərik. Cavab sadədir: sadalananların hamısı. Və məhz bütün  bu rahatlıqları siz “Panorama Park” Yaşayış kompleksində tapacaqsınız.

Ünvan: Xətai rayonu , Gəncə rpospekti 29-30-da yerləşir.

Gənclik satış ofisimiz, Nəzrimanov rayonu, Atatürk prospekti, Sülh döngəsi №13

Əlaqə telefonları: (+99455) 400 27 27  / *2727

https://www.facebook.com/panoramaparkbaku/

http://www.panoramapark.az/az/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8484
  • ₽ RUB
    0.0304