ƏMLAK

Yeni avtomobil hərracı gəlir – QİYMƏTLƏR 512 MANATDAN BAŞLAYIR
05 YANVAR
1232

Yeni avtomobil hərracı gəlir – QİYMƏTLƏR 512 MANATDAN BAŞLAYIR

2017-01-05 09:46:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 31-də növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə, həmin gün özəlləşməyə açılan səhmdar  cəmiyyətləri və kiçik müəssisələrlə yanaşı ayrı-ayrı icra strukturlarının mülkiyyətində olan 23 avtomobil də satışa çıxarılacaq.

Onların sırsında kənd təsərrüfatında istifadə olunan maşın və texnika da var. Hərraca çıxarılan maşınların ilkin satış qiyməti 512 manatdan başlayır. Siyahıda 1 340 manat  və 1500 manata satılan maşınlar da yer alıb.  Satışa çıxarılan maşınlar 1997-2007-ci illərdə istehsal edilib.

Kənd təsərrüfatı üçün nəzərdə tutulan texnikaların qiymətidə fərqlidir. Onlardan ən ucuzunun ikin satış qiyməti 512 manat, ən bahası isə 30 min-40 min manat arasında dəyişir. Həmin maşınların istehsal tarixləri 2005-2006-cı illərə aiddir. 

Hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində  beh ödəməlidirlər.

Komitədən bildiriblər ki,  maşınlar indi Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC-nin, Dövlət Neft Fondunun, “Azərkredit” QSC-nin və  Daxili İşlər Nazirliyinin  balansındadır.

Qeyd edək ki, sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərracı çıxarılan maşınların tam siyahısı ilə buradan tanış ola bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298