ƏMLAK

Çayxana 32 min manata – HƏRRACA ÇIXARILDI
25 NOYABR
440

Çayxana 32 min manata – HƏRRACA ÇIXARILDI

2016-11-25 09:55:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 20-də növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata əsasən, bu dəfə 23 səhmdar cəmiyyəti, 16 müəssisə və obyekt  və avtomobillər hərraca çıxarılacaq.

Özəlləşdiriləcək obyektlərdən biri də Bakı şəhəri, Sabunçu rayonu, II Zabrat qəsəbəsi, Montin küçəsi, 42D ünvanındakı 11 saylı çayxanadır. Əmlakın və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılan ümumi ilkin satış qiyməti  32 000 manat müəyyən edilib. Hərra cda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-i  məbləğində beh ödəməlidirlər.

Qeyd edək ki,  çayxananın ümumi torpaq sahəsi  531.7 kv.metr, faydalı sahəsi isə  88.9 kv.metrdir. 1 mərtəbəli ayrı tikilinin işçisi və debitor borcu yoxdur, 1 329 manat kreditor borcu qalıb.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Daşkəsən şəhəri üzrə: 
ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 4, əlaqə telefonu: (kod 02221) 5-56-51

Şəmkir şəhəri üzrə:
ünvan: Şəmkir şəhəri, S.Vurğun küçəsi, 162 əlaqə telefonu: (kod 02230) 5-33-71

Xaçmaz şəhəri üzrə:
ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 əlaqə telefonu: (kod 2332) 5-39-72, 5-33-55, 5-12-27

Zaqatala şəhəri üzrə:
ünvan: Zaqatala şəhəri, Nizami Gəncəvi küçəsi, 9, əlaqə telefonu: (kod 02422), 5-22-52, 5-39-70

Lənkəran şəhəri üzrə:
ünvan: Lənkəran şəhəri, Qala Xiyabani küçəsi 30, əlaqə telefonu: (kod 02525) 5-15-13

Qax şəhəri üzrə:
ünvan: Qax şəhəri, İ.Mustafayev küçəsi, 31 əlaqə telefonu: (kod 2425) 5-43-83

Qobustan şəhəri üzrə:
ünvan: Qobustan şəhəri, Yeni Massiv ərazisi, (DƏDRİX-in 14 saylı ərazi idarəsi), əlaqə telefonu: (kod 02024) 5-29-93

Ağcabədi şəhəri üzrə:
ünvan: Heydər Əliyev prospekti 233, əlaqə telefonu: (kod 2127), 5-14-50

Tərtər şəhəri üzrə:
ünvan: Heydər Əliyev prospekti 46, əlaqə telefonu: (kod 2223), 6-24-54

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270