ƏMLAK

Nabranda istirahət mərkəzi satışa çıxarıldı – QİYMƏT
14 NOYABR
648

Nabranda istirahət mərkəzi satışa çıxarıldı – QİYMƏT

2016-11-14 13:11:00

Xaçmaz rayonunun, Nabran qəsəbəsində “Kardinal” istirahət mərkəzi satılır. Fins.az-ın verdiyi məlumata görə, bu barədə yerli elan saytlarından birində elan yerləşdirilib. 
Elanda deyilir ki, istirahət mərkəzinin ümumi sahəsi 3 hektardır, çıxarış əldədir, tikililərin ümümi sahəsi 1000 kv/m-dəkdir.

Kopmpleksdə 3 ədəd bir mərtəbəli 4 nəfərlik, 2 ədəd iki mərtəbəli 10 nəfərlik kotteclər və “П” şəklində inşa olunmuş bir  (2 nəfərlik) və iki otaqlı (4 nəfərlik) nömrələr var. Kottec və nömrələr sanitar qovşağı, mebel, yataq mebeli, televizor, kondisioner ilə təchiz edilib. 

Eyni zamanda istirahət mərkəzində restoran, mətbəx, yay restoranı, səhnə, uşaqlar üçün əyləncə yeri, besedkalar inşa edilmişdir və fəaliyyət göstərir. Kompleksin ətrafı 2 hektar olan meşə ilə əhatə olunub. İstirahət mərkəzi ilə dəniz arasında məsafə 1,5 km-dir.
Mərkəzin bu günə qoyulan qiyməti 1 500 000 manatdır.

Qeyd edək ki, sahibi obyektin satışını ölkəni tərk etməklə səbəbləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272