ƏMLAK

Yanacaqdoldurma məntəqələri satılacaq – ÖZƏLLƏŞDİRMƏ
14 NOYABR
168

Yanacaqdoldurma məntəqələri satılacaq – ÖZƏLLƏŞDİRMƏ

2016-11-14 13:35:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın  29-da növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 35 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında kafe və restoranlar, dükanlar, qeyri-yaşayış sahələri, kiçik sexlər, mağazalar, təmir və tikiş sexləri, yanacaqdoldurma  məntəqələri də var.   

Hərraca çıxarılan yanacaqdoldurma məntəqələrindən 1-i İmişlidə, 2-ci isə Gəncədə yerləşir.

 İmişli şəhəri, Bəhrəmtəpə qəsəbəsindəki 2 saylı yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 8 min manat müəyyən edilib.

Obyektin ümumi torpaq sahəsi 1 370.5 kv.metrdir və onun hamısı özəlləşdiriləcək. Faydalı sahəsi isə 27.5 kv.metrdir. 1 mərtəbəli ayrı tikilinin debotor borcu  yoxdur, cəmi 772 manat kreditor borcu qalıb.

Gəncə şəhəri, Kəpəz rayonu, Aqil Məmmədov küçəsi, 61ünvanındakı 18 saylı yanacaqdoldurma məntəqəsini isə 30 min manata satmaq planlaşdırılır. 

Obyektin ümumi torpaq sahəsi 1 800 kv.metrdir və hamısı özəlləşdiriləcək. Faydalı sahəsi isə 16.6 kv.metrdir. 1 mərtəbəli ayrı tikilinin debitor borcu  yoxdur, 1 440 manat kreditor borcu qalıb.

Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 4-cü döngə, 4a ünvanında yerləşən 27 saylı yanacaqdoldurma məntəqəsi də hərraca çıxarılıb. Obyektin yerləşdiyi torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 22 min manat müəyyən edilib.

Obyektin ümumi torpaq sahəsi 1 011.6 kv.metr, faydalı sahəsi isə 46.4 kv.metrdir. 1 mərtəbəli ayrı tikilinin debitor borcu yoxdur, 960 manatkreditorborcuqalıb.

Hərracda iştirak etmək istəyən şəxslər həmin obyektlərin dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər. 

 Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Abşeron rayonu üzrə:
ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 315 əlaqə telefonu: 349-21-83

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Saatlı şəhəri üzrə:
ünvan: Saatlı şəhəri, Heydər Əliyev prospekti 133, əlaqə telefonu: (kod 02128) 5-46-58

Mingəçevir şəhəri üzrə: 
ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00

Salyan şəhəri üzrə: 
ünvan: Salyan şəhəri, Heydər Əliyev küçəsi 107, əlaqə telefonu: (kod 02125) 5-04-57, 5-05-16

Göyçay şəhəri üzrə: 
ünvan: Göyçay şəhəri, Əli Kərim küçəsi 76, əlaqə telefonu: (kod 02027) 5-36-37

Kürdəmir şəhəri üzrə:
ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 41 telefonu: (kod 2025) 5-55-39

Ucar şəhəri üzrə: 
ünvan: Ucar şəhəri, Heydər Əliyev küçəsi 28, əlaqə telefonu: (kod 02021) 3-01-13, 3-36-77

Tovuz şəhəri üzrə: 
ünvan: Tovuz şəhəri, M.Şəhriyyar küçəsi 3, əlaqə telefonu: (kod 02231) 5-43-19

İmişli şəhəri üzrə: 
ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 11, əlaqə telefonu: (kod 02124) 6-35-31, 6-40-29

İsmayıllı şəhəri üzrə:
ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 46, əlaqə telefonu: (kod 02028) 5-64-64

Qobustan şəhəri üzrə:
ünvan: Qobustan şəhəri, Yeni Massiv ərazisi, (DƏDRİX-in 14 saylı ərazi idarəsi), əlaqə telefonu: (kod 02024) 5-29-93

Qəbələ şəhəri üzrə:
ünvan: Qəbələ şəhəri, Z.Əliyeva küçəsi, 6 əlaqə telefonu: (kod 2420) 5-23-00

Şəki şəhəri üzrə:
ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A, əlaqə telefonu: (kod 02424) 4-26-10, 4-40-36

Quba şəhəri üzrə: 
ünvan: Quba şəhəri, Qasım İsmayılov küçəsi 3, əlaqə telefonu: (kod 02333) 5-31-62

Qusar şəhəri üzrə: 
ünvan: Qusar şəhəri, M.Füzuli küçəsi 21, əlaqə telefonu: (kod 02338) 5-24-87

Masallı şəhəri üzrə: 
ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti 32A, əlaqə telefonu: (kod 022521) 5-32-00

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275