ƏMLAK

Sahəsi 23.3 kv.metr olan sex 21 min manata – HƏRRACA ÇIXARILDI
02 NOYABR
429

Sahəsi 23.3 kv.metr olan sex 21 min manata – HƏRRACA ÇIXARILDI

2016-11-02 08:41:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın  15-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 11 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında kafelər, dükan, qeyri-yaşayış sahələri, kiçik sexlər, mağazalar var.  

Hərraca çıxarılan obyektlərdən biri də  Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 64A ünvanında yerləşən dülgər sexidir. 1 mərtəbəli bitişik tikilidən ibarət olan obyektin ilkin satış qiyməti 21  250  manat müəyyən edilib. Çünki 25 min manatlıq sexin   15 %-lik hissəsi (3 750 manat) əmək kollektivinə güzəştli qiymətlərlə təklif edilir.  Hərracda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.

Qeyd edək ki, tikilinin ümumi faydalı sahəsi 23.3 kv.metrdir. İndi sexin cəmi 1 nəfər işçisi var. Obyektin debitor borc u qoxdur, cəmi 165 manat kreditor borcu qalıb.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271