ƏMLAK

Kərpic zavodu – HƏRRACA ÇIXARILDI
18 OKTYABR
324

Kərpic zavodu – HƏRRACA ÇIXARILDI

2016-10-18 09:40:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 15-də növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən xəbərə görə, bu dəfə ümumilikdə 73 dövlət əmlakının özəlləşdirilməsi nəzərdə tutulub. 

Hərraca 25 səhmdar cəmiyyəti, 43 kiçik dövlət əmlakı və 5 nəqliyyat vasitəsi çıxarılıb. Özəlləçdiriləcək səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və s. sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərdən bir də  Bərdə rayonu, Tərtərmagistralı, Zümürxaç kəndində yerləşən “Bərdə Kərpic” ASC-dir.

Müəssisə 1987-ciildə istifadəyə verilib.   1997 - ci ildə «Sənaye-Ticarət» Dövlət Konserninin Bərdə Kərpic zavodunun bazasında “Bərdə Kərpic” ASC yaradılıb. Müəssisə əsasən  kərpic istehsalı ilə məşğul olur.

ASC-nin nizamnamə kapitalı 585 036,80 manat, səhmlərinin ümumi sayı 292 519 ədəddir. Adi, sənədsiz adlı səhmlərdən  204 763 ədədi (70%) artıq satılıb. Bu dəfəki hərracda qalan 30%-lik səhm paketi (87756 ədəd) özəlləşdiriləcək.

 Satılan səhm zərfinin ilkin satış qiyməti (50% güzəştlə): 87 756  manat müəyyən edilib. Dövlət tərəfindən səhmlərə heç bir məhdudiyyət qoyulmayıb. Hərracda i.tirak etmək istəyən hüquqi və ya  fiziki şəxslər onun dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.

Müəssisənin ümumi torpaq sahəsi  24 389,4 kv.metr, tikilialtı sahəsi isə  6 431,3 kv.metrdir. Ərazidə  istehsal binası, enerji binası, qazanxana, yeraltı hovuz və s. yerləşir. ASC  Bərdə - Tərtər avtomobil yolunun kənarında, Bərdə dəmir yolu stansiyasına   cəmi 3 km-lik məsafədə yerləşir.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

(-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin noyabr ayının 15-də saat 09:30-da Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 139 A) keçiriləcəkdir.

Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization.az portalından ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272