ƏMLAK

Mağaza cəmi 2 500 manata – HƏRRACA ÇIXARILDI
13 OKTYABR
608

Mağaza cəmi 2 500 manata – HƏRRACA ÇIXARILDI

2016-10-13 09:05:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 1-də növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən xəbərə görə, həmin gün 34 kiçik müəssisə  və obyekt satışa çıxarılacaq. Onların əksəriyyəti rayonlarda yerləşir.

Saatlı

Hərraca çıxarılan obyeklər sırasında mağazalar da var.  Saatlı şəhəri, M.P.Vaqif küçəsi, 8 ünvanındakı 1 saylı mağaza cəmi 4 000 manata satılır.

Qeyd edək ki, 1 mərtəbəli ayrı tikili olan obyektin ümumi torpaq sahəsi146.1 kv.metr, faydalı sahəsi isə 135.1 kv.metrdir. Mağazanın debitor borcu yoxdur, cəmi 113 manat kreditor borcu qalıb.

Şirvan

Şirvan şəhəri, G,Şıxbalaoğlu küçəsi, 34 üvnanındakı 4/202 saylı mağaza da hərraca çıxarılacaq. 1 mərtəbəli binanın bir hissəsi olan obyekt 4 500 manata satılır. Mağazanın ümumi torpaq sahəsi 44.2 kv.metr, faydalı sahəsi isə 36.1 kv.metrdir.

Obyektin heç bir debitor borcu yoxdur, cəmi 913 manat kreditor borcu qalıb.

Neftçala

Neftçala rayonu, Kürkənd kəndiində yerləşən 58 saylı mağazanın ilkin satış qiyməti cəmi 2 500 manat müəyyən olunub. 1 mərtəbəli ayrı tikilinin  torpaq sahəsi  96.8 kv.metr, faydalı sahəsi isə 91.4 kv.metrdir.

Mağazanın debitor borcu yoxdur, cəmi 401 manat kreditor borcu qalıb.

Qeyd edək ki, adıçəkilən mağazalar indi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər obyektlərin dəyərinin 10 faizi məbləğində beh ödəməlidirlər.  Hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Sumqayıt şəhəri üzrə:

ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə:

ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Daşkəsən şəhəri üzrə:

ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 4, əlaqə telefonu: (kod 02221) 5-56-51

Şirvan şəhəri üzrə:

ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 14, əlaqə telefonu: (kod 02121) 5-27-98

Saatlı şəhəri üzrə:

Ünvan: Saatlı şəhəri, Heydər Əliyev prospekti 133, əlaqə telefonu: (kod 02128) 5-46-58

Neftçala şəhəri üzrə:

ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti 33, əlaqə telefonu: (kod 02126) 3-39-21, 050-335-80-13

Yevlax şəhəri üzrə:

ünvan: Yevlax şəhəri, Q.Quliyev küçəsi 8A, əlaqə telefonu: (kod 022336) 6-45-62

Kürdəmir şəhəri üzrə:

ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 41, əlaqə telefonu: (kod 2025) 5-55-39

İsmayıllı şəhəri üzrə:

ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 46, əlaqə telefonu: (kod 02028) 5-64-64

Qobustan şəhəri üzrə:

ünvan: Qobustan şəhəri, Yeni Massiv ərazisi, (DƏDRİX-in 14 saylı ərazi idarəsi), əlaqə telefonu: (kod 02024) 5-29-93

Cəlilabad şəhəri üzrə:

ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 151, əlaqə telefonu: (kod 02524) 5-50-30

Şəki şəhəri üzrə:

ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti 9A, əlaqə telefonu: (kod 02424) 4-26-10, 4-40-36

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274