ƏMLAK

Sahəsi 100 min kv.metr olan şirkət 50 min manata satılır – ÖZƏLLƏŞDİRMƏ
02 SENTYABR
1319

Sahəsi 100 min kv.metr olan şirkət 50 min manata satılır – ÖZƏLLƏŞDİRMƏ

2016-09-02 14:01:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı  hərracların  keçirilməsinə 13 gün qalıb. Komitədən fins.az-a verilən xəbərə görə, hərraclarda ümumilikdə 50 dövlət əmlakının özəlləşdirilməyə çıxarılacaq.

Hərraca çıxarılan əmlaklardan 25-i respublikanın müxtəlif bölgələrində yerləşən açıq səhmdar cəmiyyətləridir. Hərracda onların  səhm paketinin 30 faizi satışa çıxarılacaq. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən sənaye, inşaat, nəqliyyat, xidmət və s. sahələri əhatə edir.

Onlardan biri Lənkəran rayonu, Liman şəhəri  “Lənkəran Broyler” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisə 1976-cı ildə istifadəyə verilib. 1998-ci ildə "Azərquşsənaye" Dövlət Şirkətinin Lənkəran Broyler Quşçuluq Fabrikinin bazasında “Lənkəran Broyler” ASC yaradılıb. İndi cəmi 1 nəfər  içşisi qalıb.

Müəssisə əsasən, quş ətinin istehsalı və satışı ilə məşğuldur. ASC-nin nizamnamə kapitalı 331 234  manat,  buraxılan  səhmlərin ümumi sayı 165 617 ədəd olub. Adi, sənədsiz adlı səhmlərin  115 328 ədədi (69.64%) artıq satılıb. Səhmlərin  30.36%-lik hissəsi – 50 289 ədədi isə hərracda satılac aq. 1 səhmin qiyməti 2 manatdır.

Səhm paketinin ilkin satış qiyməti isə (50% güzəştlə)  50 289  manat müəyyən edilib. Onu almaq istəyən hüquqi və fiziki şəxslər həmin məbləğin 10%-i həcmində, yəni 5 028.90 manat məbləğində  beh ödəməli olacaqlar. Həmin  məbləğ ƏMDK-nın Mərkəzi Bankdakı

AZ65 NABZ 0136 1150 0000 0000 4944 saylı

hesablaşma hesabına (VÖEN:2000015631) köçürməlidir.


Dövlət həmin səhmlərə  hər hansı məhdudiyyət qoymayıb.

Müəssisənin ümumi  torpaq sahəsi 100 000 kv.metr, tikintialtı  sahəsi isə 10 410.2 kv.metrdir. Ərazidə inzibati bina, 5 ədəd ferma binası, transformator binası, talvar var.

“Lənkəran Broyler” ASC Lənkəran Hava Limanına  20 km, Dəmiryolu Stansiyasına 2 km,  dəniz limanına isə 5 km məsafədə yerləşir. 

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim edən hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Azərbaycan ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək. Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272