ƏMLAK

Pirallahıda yeni şəhərcik belə olacaq – FOTOLAR
29 AVQUST
4413

Pirallahıda yeni şəhərcik belə olacaq – FOTOLAR

2016-08-29 09:43:00

Pirallahı qəsəbəsində salınacaq yeni şəhərciyin layihəsi hazırlanıb. Pirallahı Rayonu İcra Hakimiyyətindən fins.az-a verilən məlumata görə, şəhərcik üçün Gürgən qəsəbəsi ərazində 750 ha ərazi ayrılıb.

120 min sakin harda qalacaq?

“Yeni şəhərciyin salınması istiqamətində   layihələndirmə   işləri   həyata   keçirilir.  Layihə   əsasında  707  ədəd yaşayış binasının tikintisi planlaşdırılır”.

Məlumatda bildirilib ki, yeni salınacaq şəhərcikdə  35   ədəd   20 mərtəbəli, 49 ədəd 15 mərtəbəli, 338 ədəd 10-12 mərtəbəli, 100 ədəd 7 mərtəbəli, 85 ədəd 5 mərtəbəli, 56 ədəd 4 mərtəbəli, 44 ədəd 2 mərtəbəli bina tikilməsi planlaşdırılıb. Burada  120 min  sakinin məskunlaşması   mümkün   olacaq. 

Yeni funikulyor Gürgəndə  

Gürgəndə sakinlərin mədəni-sosial həyatının təmin olunması da nəzərdə tutulub. Şəhərcikdə inzibati binalar, çoxmərtəbəli evlər, ticarət mərkəzləri tikiləcək, istirahət  guşələri, tarix  diyarşünaslıq muzeyi,  funikulyor, şəlalə yaradılacaq. Şəhəri dənizlə birləşdirəcək parkların salınması, bir kilometr uzunluğunda yeni yolun çəkilməsi və s. işlər planlaşdırılır.

Üzgüçülük hovuzları da tikiləcək

Şəhərcikdə idman mərkəzlərinin qurulması da prioritetdir. Belə ki, burada su   idman   növlərinin   inkişafı   üçün   müvafiq tikili və qurğuların qurukması üçün tədbirlər görüləcək. Gürgən qəsəbəsində 1860-cı ildə inşa edilmiş mayakın əsaslı təmir işləri də nəzərdə tutulub.

Yeni universitet kompleksi olacaq

Binaların əksəriyyəti dördmərtəbəli terras formasında olacaq. Yeni şəhərdə universitet kompleksi salınacaq. Ancaq bunun yeni ali məktəb olacağı və ya mövcud məktəblərdən köçürülməsi olacağı barədə məlumat verilmir.

Şəhərcikdə eyni zamanda  balıqçılıq platforması tikiləcək və sənaye zonası da yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271