ƏMLAK

Kirayə evlər niyə bahalaşdı? – RƏY
22 AVQUST
1334

Kirayə evlər niyə bahalaşdı? – RƏY

2016-08-22 16:07:00

Yeni dərs ilinin başlanması ərəfəsində Bakının kirayə mənzil bazarında canlanma yaranıb. Kirayə evlərin qiymətləri mövsümi olaraq bahalaşıb.

Daşınmaz əmlak bazarının fəal iştirakçılarından fins.az-a verilən xəbər görə, bahalaşma əsasən, tələbələrin qalacağı evlərin qiymətində müşahidə edilir. Digərlərində, xüsusilə,  1000 manata və daha baha kirayə verilən mənzillərin qiymətləri isə əksinə ucuzlaşıb. Çünki bu sahədə icarəçi  qıtlığı müşahidə olunur.

 Bahalaşma ən çox hansı ərazilərdədir?

Rieltor Asif  Yusubov deyir ki, tələbələr daha çox universitetlərə və metrolara yaxın ərazilərdə ev kirayələməyə üstünlük verirlər. Bahalaşma da  məhz həmin sahələrdə müşahidə olunur:

“Tələbələr əsasən, “Gənclik”, “N.Nərimanov”, “Elmlər Akademiyası” və “İnşaatçılar” metrolarına  və ali məktəblərə yaxın yerlərdə ev kirayələk istəyirlər. Ona görə də indi həmin ərazilərdə kirayə evlərin qiymətində ötən ayla müqayisədə      50-100 manat bahalaşma var. Məsələn, köhnə  binalarda 250-350 manata verilən 1-2 otaqlı mənzillərin kirayə qiyməti  indi 400- 450 manat arasında dəyişir”.

Digər yaşayış ərazilərində isə qiymətlər  dəyişməyib.

Kirayə evlərdə qiymətlər belə dəyişir

Rieltorun sözlərinə görə, bu qiymətlər mənzilin mərtəbəsindən, blokundan, içərisindəki şəraitdən  asılı olaraq dəyişir: “Yasamalda 2 otaqlı orta təmirli mənzil 400-450 manata təklif olunur. Ona görə də tələbələr qrup şəklində qalmağa  üstünlük  verirlər”.

Yeni tikililərdə isə qiymətlər bir qədər də bahadır. A.Yusubov bildirdi ki, eyni ərazilərdə yerləşən   binalardakı mənzillər kirayə üçün 400-500-600 manata təklif edilir.  Təbii ki, bu da tələbələr üçün əlverişli deyil.

Bahalı   mənzillər niyə ucuz verilir?

Rieltor deyir ki, indiyə qədər 600-1200   manat və daha baha təklif edilən kirayə mənzillər isə əksinə ucuzlaşıb. Buna səbə b həmin qiymətlərə icarədar tapılmamasıdır: “Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən bahalı evləri kirayə götürən az olur. Ona görə də  həmin mənzillər ucuzlaşıb”.

A.Yunusovun sözlərinə görə, ərəb turistlərinin Bakıya axını və  burada mənzil kirayələmələri də qiymətlərə  ciddi təsir etməyib: “Çünki onlar qısamüddətli qalmaq üçün  mənzil tuturlar.  Əgər çox qalsalar, bu,  qiymətlərə təsir edərdi”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275