ƏMLAK

Sahəsi 80 kv metr olan oybekt 23 min manata satılır – ƏMLAK HƏRRACI
19 AVQUST
1635

Sahəsi 80 kv metr olan oybekt 23 min manata satılır – ƏMLAK HƏRRACI

2016-08-19 14:57:00

Bu il sentyabrın 14-dəBakıda və Sumqayıtda daşınmaz əmlak hərracı keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən (ƏMDK) fins.az-a verilən xəbərə görə, hərracda Sumqayıt şəhərində yerləşən 2 qeyri yaşayış-sahəsi satışa çıxarılacaq.

Onlardan  biri Sumqayıt şəhəri, 5-ci mikrorayon, Səməd Vurğun küçəsi, 134 ünvanında  5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən obyektdir. Sahəsi 80,2  kv metr olan qeyri-yaşayış sahəsinin başlanğıc qiyməti 23 300 manat müəyyən edilib.

Obyektin heç bir debitor və ya kreditor  borcu yoxdur.

Hərracda iştirak edəcək alıcılar əmlakın dəyərinin 10 faizini (2 330 manat) beh kimi əvvəlcədən Mərkəzi Bankda ƏMDK-nın

AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli

hesablaşma hesabına ödəməlidir.

Qeyd edək ki, sözügedən  qeyri-yaşayış sahəsi Sumqayıt  Şəhər İcra Hakimiyyətinin və  Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi nin balansındadır. Hərrac Sumqayıt şəhərində yerli hərrac komissiyalarında keçiriləcək.

Hərraclarda iştirak etmək üçün sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək müvafiq hərrac komissiyasına təqdim olunmalıdır. Tələb olunan sənədlər aşağıdakılardlr:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və ƏMDK-nın Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275