ƏMLAK

50 kv metrlik obyekt 14 500 manata satılır – ƏMLAK HƏRRACI
18 AVQUST
1524

50 kv metrlik obyekt 14 500 manata satılır – ƏMLAK HƏRRACI

2016-08-18 10:22:00

Bu il sentyabrın 14-dəBakıda və Sumqayıtda dşınmaz əmlak hərracı keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən fins.az-a verilən xəbərə görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr , eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.

Onlar biri Sumqayıtdakı qeyri-yaşayış sahəsidir. Sumqayıt şəhəri, 5-ci mikrorayon, Səməd Vurğun küçəsi, 134 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən obyekt hərraca çıxarılacaq. Sahəsi 50 kv metr olan qeyri-yaşayış sahəsinin başlanğıc qiyməti 14 500 manat müəyyən edilib. Obyektin heç bir debitor və kreditor borcu yoxdur. 

Hərracda iştirak edəcək alıcılar əmlakın dəyərinin 10 faizini (1 450 manat) beh kimi əvvəlcədən ödəməlidir.

Qeyd edək ki, sözügedən  qeyri-yaşayış sahəsiSumqayıt  Şəhər İcra Hakimiyyətinin və  Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi nin balansındadır. Hərrac Sumqayıt şəhərində yerli hərrac komissiyalarında keçiriləcək.

Hərraclarda iştirak etmək üçün sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək müvafiq hərrac komissiyasına təqdim olunmalıdır. Tələb olunan sənədlər aşağıdakılardlr:


1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin

AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).


Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275