ƏMLAK

Azərbaycanda 10 kondominium qeydiyyyata alınıb
27 İYUL
481

Azərbaycanda 10 kondominium qeydiyyyata alınıb

2016-07-27 15:03:00

Hazırda qeydiyyata alınan mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) sayı 28-dir. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Xəbər verildiyi kimi, 2015-ci ilin sonuna ölkədə 18 kondominat qeydiyyata alınıb. Beləliklə, 2016-cı ilin yanvar-iyul aylarında respublikada 10 MMMC yaradılıb.

“2016-cı ilin II rübündə Bakıda 5, Abşeron rayonunda 1 MMMC yaradılıb. Hazırda onların sayı 28-ə çatıb”, - deyə məlumatda vurğulanır.

Nazilrik bildirir ki, hazırda ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275