ƏMLAK

Akkord satışları dörd dəfə azalıb
26 İYUL
155

Akkord satışları dörd dəfə azalıb

2016-07-26 11:36:00

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”  ASC 2015-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“Marja” xəbər verir ki, ötən il şirkətin tikinti müqavilələrindən və satışdan gəlirləri 39,14 milyon manat təşkil edib. Bu, 2014-cü illə müqayisədə 4 dəfə azdır.

Akkord 2014-də tikinti müqavilələrindən və satışdan 155,8 milyon manat gəlir əldə etmişdi.

Akkordun tikinti müqavilələrindən və satışdan gəlirlərindən başqa 56,7 milyon manat “digər gəlirləri” də olub (2014-də 86,75 min manat). Maya dəyəri, ümumi və inzibati xərclər çıxıldıqdan sonra Korporasiyanın 56,70 milyon manat əməliyyat gəliri qalıb. 35,02 milyon manat maliyyə xərcləri ilə əlaqədar şirkətin gəliri aşağı düşüb və məcmu gəlir 21,78 milyon manat təşkil edib.  

31 Dekabr 2015-ci il tarixinə Akkord-un cəmi aktivləri 755,5 milyon manat, cəmi öhdəlikləri 580,22 milyon manat, cəmi kapitalı isə 175,29 milyon manat təşkil edib.

Akkortun illik hesabatı ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272