ƏMLAK

Azərbaycanda ipoteka kreditləri dayanıb-AÇIQLAMA
05 İYUL
1367

Azərbaycanda ipoteka kreditləri dayanıb-AÇIQLAMA

2016-07-05 13:14:00

Azəbaycan İpoteka Fondu (AİF) iyulun 1dək müvəkkil banklar  vasitəsilə ölkə miqyasında ümumilikdə 730 mln. 802,42 min manatlıq 17 min 997 ipoteka krediti verilib.

Fins.az-ın "Marja"ya istin adən xəbərinə görə, bu göstəricilər iyunun əvvəlindəki rəqəmlərlə eynidir. Yəni ötən ay potensial borc alanlar mənzil üçün kredit almayıb. Mayda isə hər biri 50 min manat olan 2 kredit verilib. Apreldə də 93,02 min manatlıq 2 kredit verilib.

Xatırladaq ki, ötən il borc alanlar üçün daha səmərəli olub – 97 mln. 273,98 min manatlıq 2 min 146 kredit verilib.

Mənzil üçün kreditlər 2006-cı ildən AİF vasitəsilə verilir, 2007-ci ilin ikinci yarısından sosial seqment (illik 4% 50 min manata qədər) faktiki olaraq yoxdur. İndi isə kommersiya ipoteka kreditlərinin (illik 8%-lə 50 min manata qədər) verilməsi dayanıb. Səbəb kreditin səlahiyyətli maliyyə strukturları üçün mənfəətin olmamadır. Onlar istehlak (ildə 20%-dən 40%-a qədər) və sahibkarlıq (12%-dən 18%-ə qədər) kreditlərindən daha çox qazanır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272