ƏMLAK

Özəlləşdirmə məsələsində komitə sədrindən kömək istədilər
26 MAY
206

Özəlləşdirmə məsələsində komitə sədrindən kömək istədilər

2016-05-26 12:39:00

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov ölkə prezidentinin tapşırığına uyğun olaraq Yardımlıda vətəndaşları qəbul edib. Komitədən fins.az-a verilən məlumata görə, qəbulda Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar  rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması, eləcə də pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, torpaqların təyinatına və hüquqi rejiminə uyğun istifadəsi, eləcə də işlə təmin olunmas və digər məsələlərlə bağlı olub. 

Kərəm Həsənov bəzi məsələlərin dərhal həlli üçüm göstəriş verib, araşdırılması zəruri olan müraciətləri isə qeydiyyata aldırıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270