ƏMLAK

Hökumət əhalidən 50 hektar torpaq alacaq
25 MAY
476

Hökumət əhalidən 50 hektar torpaq alacaq

2016-05-25 16:01:00

Nazirlər Kabineti "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə dəmir yolu xəttinin tikinti üçün lazım olan torpaq sahələrinin alınması barədə qərar qəbul edib. Fins.az xəbər verir ki, baş nazir Artur Rəsizadənin imzaladığı qərara əsasən, dövlət ehtiyacı üçün torpağı “Azərbaycan Dəmir Yolları” QSC alacaq. Söhbət dəmir yolu xəttinin Astara rayonu ərazisindən keçən hissəsində, İranla sərhəddə qədər əraziyə düşən torpaq sahələrindən gedir. Bunlar dövlət mülkiyyətində olan 0,61 hektar, Astara, Ərçivan və Rudəkənar bələdiyyələrinin mülkiyyətində olan 8,53 hektar və xüsusi mülkiyyətdə olan 41,3 hektar ölçüdə torpaqlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275