ƏMLAK

Meşə Məcəlləsində də dəyişiklik ediləcək
07 MAY
198

Meşə Məcəlləsində də dəyişiklik ediləcək

2016-05-07 11:25:00

Mayın 6-da Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

Komitə sədri Eldar İbrahimov diqqətə çatdırıb ki, iclasda “Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq. O deyib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim edilib. Komitə sədri məsələnin mahiyyəti barədə məlumat verərək deyib ki, Meşə Məcəlləsini İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədilə meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətlə bağlı 79-cu maddədə müvafiq dəyişiklik edilib.

Maddənin təklif olunan redaksiyasında bildirilir ki, meşə qanunvericiliyinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər. Qüvvədə olan mətndə isə “inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər” göstərilir. Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsində torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə konkret cəza tədbiri müəyyən edilib.

Müzakirələrdə çıxış edənlər meşələrin əhəmiyyəti, meşə təsərrüfatının inkişafı və qorunmasının vacibliyini bildiriblər. Qeyd edilib ki, meşələrin qırılması təbiətə mənfi təsir göstərir və bunun qarşısı alınmalıdır. Deputatlar Meşə Məcəlləsində edilən dəyişikliyi məqsədəuyğun hesab ediblər və qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275