ƏMLAK

Bakıda ucuz maşın hərracı olacaq - QİYMƏTLƏR
05 MAY
1689

Bakıda ucuz maşın hərracı olacaq - QİYMƏTLƏR

2016-05-05 08:59:00

Mayın 31-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək. Fins.az-ın ƏMDK-ya istinadən yaydığı məlumata görə, buraxılış ili 2004-cü ildən 2007-ci ilə qədər olan 5 avtonəqliyyat vasitəsi çıxarılacaq. Minik maşınlarının qiyməti 1165 manatdan 2700 manata qədər dəyişir. 

 

 

Avtonəqliyyat

vasitəsinin

markası

Maşının buraxılış

ili

Start

qiyməti (manatla)

 

10% beh

 

1

UAZ-31519

2004

1754

175

2

UAZ-374102

2007

2700

270

3

UAZ-374102

2007

2700

270

4

QAZ-31105-120

2006

1362

136

5

VAZ-21074

2004

1165

117

5-ci nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər, Azərbaycan Mərkəzi Bankındakı AZ65NABZ01361150000000004944 nömrəli hesaba beh ödəməlidir. Daha sonra ödəniş qəbzini şəxsiyyət vəsiqəsi ilə birlikdə mayın 28-nə qədər hərrac komissiyasına təqdim etmək lazımdır. HTAM Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, 11a ünvanında yerləşir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274