ƏMLAK

"Novostroyka"larla bağlı işçi qrupu yaradılacaq
04 MAY
535

"Novostroyka"larla bağlı işçi qrupu yaradılacaq

2016-05-04 13:43:00
Çoxmənzilli binalarda idarəetmənin təşkiliylə bağlı İqtisadiyyat Nazirliyində işçi qrupu yaradılacaq. Fins.az-ın məlumatına görə, bu barədə Belediyye.info-ya məlumat Nəsimi  bələdiyyəsindən bildirilib. Bələdiyyədən bildirilib ki, “Mənzil fondunun idarə olunmasının təşkilində bələdiyyələrin və ictimai birliklərin rolu” mövzusunda keçirilən dəyirmi masada bələdiyyə sədri  Nazim Qaraxanovun bu istiqamətdə irəli sürdüyü təklif nazirlik rəsmiləri tərəfindən müsbət qarşılanıb. 
İrəli sürülən təklifin əsas məqsədi çoxmənzilli  binalarda idarəetmənin təşkilində bələdiyyələrin vəzifələrinin dəqiqləşdirilməsi,  habelə mövcud vəziyyətin təhlili və problemlərin həlli yollarının  müəyyən edilməsidir.
Yaradılması nəzərdə tutulan işçi qrupuna mütəxəssislər, bələdiyyə sədrləri və mənzil mükiyyətçilərinin müştərək cəmiyyətlərinin sədrləri  daxil ediləcək.
Qeyd edək ki, bu istiqamətdə nazirlik beynəlxalq təşkilatların iştirakıyla xüsusi layihə icra  edir. Nazirlik əməkdaşları tərəfindən layihə çərçivəsində Sumqayıt, Mingəçevir, Nəsimi, Bakıxanov bələdiyyəsində görüşlər keçirilib, çap məhsulları paylanılıb.
Layihənin  sonunda xarici təcrübənin öyrənilməsi məqsədiylə səfərlərin təşkili də nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275