ƏMLAK

Özəlləşdirmə, torpaqlar, qeydiyyat – KOMİTƏNİN HESABATI
18 APREL
442

Özəlləşdirmə, torpaqlar, qeydiyyat – KOMİTƏNİN HESABATI

2016-04-18 15:41:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) buı ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirib. Komitədən fins.az-a verilən məlumata görə, müşavirədə çıxış edən qurumun sədri Kərəm Həsənov bildirib ki,

Prezident İlham Əliyevin tapşııqlarına uyğun olaraq ƏMDK “Dövlət əmlakının özəlləşdirilməsinin III Dövlət Proqramı”nın layihəsini hazırlayaraq Prezident Administrasiyasına və hökumətə təqdim edilib. Proqramın hazırlanması ilə bağlı dünyada “Böyük Dördlük” kimi tanınan (KPMG, PwC, “Ernst & Young” və “Deloitte & Touche”) beynəlxalq məsləhətçi şirkətləri ilə birgə işlər aparılıb. Sənədin başlıca məqsədi iqtisadi aktivliyin artırılması, büdcə yükünün azaldılması və bu prosesdə şəffaflığın daha da artırılmasıdır.

Torpaqların dəqiq uçotu olacaq 

Dövlət başçısının fərmanına uyğun olaraq ölkədə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılmasına başlanıb. Kərəm Həsənov bildirib ki, yaradılacaq sistem təyinatından və mülkiyyət növündən asılı olmayaraq ölkənin bütün torpaqları barədə məlumatları əhatə etməklə, torpaqların dəqiq sərhədləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları və digər zəruri məlumatlar da öz əksini tapacaq. Torpaqların elektron kadastr sistemi 2020-ci ilədək yaradılacaq.

Eyni zamanda torpaqların kəmiyyət göstəricilərinə görə uçotu ilə yanaşı, həm də keyfiyyət göstəricilərinə görə uçotunun aparılması işləri davam etdirilir. Bu məqsədlə, müasir tələblərə uyğun, modern cihaz və avadanlıqlarla təchiz olunmuş Torpaq və Bitki Laboratoriyası istismara verilib. 

Mülkiyyət hüquqları üçün “bir pəncərə”

Daşınmaz əmlakın qeydiyyatını sadələşdirmək üçün bu sahədə bir pəncərə prinsipi tətiq edilib. Nəticədə bütün hüquqi əməliyyatlar bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrində aparılır. Bundan başqa, komitə paytaxt və regionlarda “Kütləvi çıxarış” kampaniyalarını davam etdirir. Birinci rübdə belə kampaniyalar Bakının 3 rayonunda və respublikanın 4 şəhər və ya rayonunda keçirilib. Hesabat dövründə Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib.

60-a yaxın normativ hüquqi aktın layihəsi hazırlanıb. Hazırlanmış layihələrdən 21-i təsdiq edilib. 

Komitədən faydalı yeniliklər 

Müşavirədə bildirilib ki, bu müddət ərzində Komitə bir sıra mühüm yeniliklərə başlayıb. Bunlardan biri  vətəndaşar və əmlak sahibləri üçün pulsuüz hüquqi məsləhət xidmətləridir. Vətəndaşlar qeydiyyat məsələləri, eləcə də  daşınmaz əmlakla bağlı hər hansı əməliyyat aparmazdan öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək əməkdaşlardan pulsuz məsləhətər ala bilərlər. Digər yenilik, ƏMDK-nin daşınmaz əmlakın qiymətləndirilməsi xidmətinə başlamasıdır. Komitə vətəndaşlara, fiziki və hüquqi şəxslərə ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın ödənişli əsaslarla qiymətləndirilməsi xidmətinə start verib. Qiymətləndirmə milli və beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun aparılır. 

Azərbaycan ilk 20-likdədir

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı aparılan islahatlar nəticəsini verib. 

Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın illik beynəlxalq reytinq cədvəlində yer alıb. 129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan “daşınmaz əmlakın qeydiyyatı” kateqoriyasında mümkün 10 baldan demək olar ki, maksimum balı (9,7 bal) toplayaraq dünya üzrə 20-ci yerdə qərarlaşıb.

Nəzarət gücləndiriləcək 

Müşavirədə komitə sədri əmlakın özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı sahəsində daxilolmalara nəzarətin gücləndirilməsi və vəsaitlərin qənaətli istifadəsi barədə tapşırıqlar verib. Eləcə də özəlləşdirmə və qeydiyyat sahəsində şəffaflığın artırılması, torpaqların elektron uçotu sisteminin üzrə işlərin sürətləndirilməsi tapşırılıb. Bundan başqa, torpaq sahələrindən qeyri-qanuni istifadənin qarşısının alınması, nəzarətin gücləndirilməsi barədə təpşırıqlar verilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270