ABŞ indiyə qədər müxtəlif ölkələrin istehsal etdiyi 524 milyard dollar dəyərində məhsula gömrük rüsumu tətbiq edib. Buna cavab olaraq tətbiq edilən gömrük rüsumları isə 104 milyard dollarlıq məhsulu əhatə edib. Bu da 630 milyard dollarlıq məhsulun rüsuma məruz qalması deməkdir.

ABŞ-ın Çinin 240 milyard dollarlıq məhsuluna tətbiq etdiyi 10-25 faizlik gömrük rüsumuna Çin 98 milyard dollarlıq məhsula tətbiq etdiyi 15-25 faizlik rüsumlarla cavab verib. Avropa İttifaqı ölkələri ABŞ məhsullarına 10-25 faiz, Türkiyə 4-70 faiz, Hindistan 10-50 faiz, Rusiya isə 25-40 faiz gömrük rüsumu tətbiq edib.