DÜNYA

Avropa İttifaqının məhkəməsi "Starbuks" -la bağlı qərarını açıqladı
30 SENTYABR
95

Avropa İttifaqının məhkəməsi "Starbuks" -la bağlı qərarını açıqladı

2019-09-30 09:38:00

Mərkəzi ofisi Lüksemburqda yerləşən Avropa Ədalət Divanının tabeliyindəki Ümumi Məhkəmə özündə qəhvə satışı şəbəkəsini birləşdirən "Starbuks" şirkətinin Ai Komissiyasına qarşı irəli sürdüyü iddia ilə bağlı qərar verib. Məhkəmə "Starbuks"un Niderlandda qanundankənar şəkildə həyata keçirdiyi vergi güzəştlərindən faydanlanması ilə bağlı Aİ Komissiyasının qərarını ləğv edib. Qərarda "Starbuks" və Niderlandın rəsmi dairələri arasında şirkətə daha az vergi ödəməyə imkan yaradan sazişin qanundankənar dövlət dəstəyi mənasını daşımadığı qeyd edilib.

Aİ Komissiyası 2015-ci ildə "Starbuks" şirkətinə Niderlandda verilən vergi güzəştlərinin qanundankənar olduğu barədə qərar çıxararaq həmin şirkətlərin 30 milyon avroya yaxın məbləğdə vergini geri ödəməsini tələb etmişdi. Həm "Starbuks" şirkəti, həm də Aİ Komsissiyası məsələni məhkəmədə aydınlaşdırlmağı qərara almışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır