DÜNYA

Tramp gündə 10 "tweet" yazır - BAZARA TƏSİRİNİ ÖLÇMƏK ÜÇÜN YENİ İNDEKS YARADILIB
09 SENTYABR
107

Tramp gündə 10 "tweet" yazır - BAZARA TƏSİRİNİ ÖLÇMƏK ÜÇÜN YENİ İNDEKS YARADILIB

2019-09-09 17:29:00

ABŞ-ın beynəlxalq bank və maliyyə xidmətləri şirkəti "JPMorgan Chase & Co." ABŞ Prezidenti Donald Trampın yazdığı "tweet"lərin bazardakı oynaqlığa təsirini ölçmək üçün indeks yaradıb.

Fins.az  xəbər verir ki, Trampın yazdığı "tweet"lərin xəzinə kağızları üzərində ciddi təsiri olması səbəbindən yaradılan indeksə "Volfefe" İndeksi adı verilib. "JP Morgan" analitikləri, indeksə, Trampın 2017-ci ildə yazdığı bir "tweet"də istifadə etdiyi və həllolunmaz mənasını verən "covfefe" sözünə istinadən bu adı veriblər.
  "JP Morgan" analitiklərinin apardığı araşdırmaya görə, 2016-ci ildə seçildiyindən bəri gündə orta hesabla 10 "tweet" yazan Trampın 2017-ci ildə vəzifəyə başladığından bu yana yazdığı "tweet"lərin sayı 10 minə çatır.

2017-ci ildə vəzifəsinə başladıqdan sonra bir müddət gündə orta hesabla 5 "tweet" səviyyəsinə düşən Trampın, 2018-ci ilin sonlarından sonra yenidən "tweet"lərini artırıb.

"Chase Manhattan Corporation"ın "J.P. Morgan & Co." ilə  birləşməsilə 2000-ci ildə yaradılan "JP Morgan Chase & Co.", ABŞ-ın ən iri və  dünyanın isə altıncı böyük bankıdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır