DÜNYA

Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı
17 AVQUST
425

Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı

2019-08-17 21:59:00

Rusiyalı mlilyarder-oliqarx Mixail Proxorov ABŞ-da on il əvvəl aldığı və Milli Basketbol Liqasında oynayan “Bruklin Nets” basketbol klubunu rekord məbləğə satıb.

Fins.az xəbər verir ki, oliqarx klubun səhmləri üçün 2 milyard 230 milyon dollar alıb. Klubun yeni sahibi isə Çindən olan milyarder Cozef Tsaydır. O, klubun səhmlərinin bir hissəsini hələ ötən il Proxorovdan almışdı, indi isə bütün səhmlərin sahibi olub.

Proxorov “Bruklin Nets” klubunun alqı-satqısından babat qazanıb. Belə ki, 2009-cu ildə o əvvəlcə klubun səhmlərinin 80 faizi üçün 383 milyon dollar ödəyib. Nəhayət 2015-ci ildə klubun sahibi Bryus Ratnerin qalan aktivləri üçün daha 630 milyon dollar verib. Daha sonra hər il klubun saxlanılmasına 30-40 milyon dollar xərcləyb. 2017-ci ilə qədər klub ziyandan gəlirə keçib, son iki ildə isə stabil gəlir gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır