DÜNYA

Ağ Ev rəsmisindən Tramp, dolar və Çinlə ticarət müharibəsi ilə bağlı AÇIQLAMA
29 İYUL
162

Ağ Ev rəsmisindən Tramp, dolar və Çinlə ticarət müharibəsi ilə bağlı AÇIQLAMA

2019-07-29 10:43:00

Fins.az-ın "Bloomberg"-ə istinadən verdiyi məlumata görə, Ağ Evin iqtisadi müşaviri Kudlow, ABŞ prezidenti Tramp-ın sabit dollar istədiyini bildirib. Ağ Evin iqtisadi müşaviri Larry Kudlow ABŞ dollarının dünyanın  valyutası olduğunu  və ABŞ prezidenti Donald Trumpın ABŞ valyutasının belə  qalmasını istədiyini deyib. Kudlow Trump-ın sabit dollar istədiyini sözlərinə əlavə edib. Pul sərtliyini vurğulamağın iqtisadiyyat üçün böyük bir problem olduğunu, ancaq Trump-ın vergi endirimləri, tənzimləmələrin azaldılması və ticarət islahatları kimi siyasətlərinin nəticə vermədiyini söyləyib. O ilin ikinci yarısına güclü iqtisadiyyatla giririk. Çin ilə ticarət müzakirələri mövzusunda , Kudlow, “İlin sonuna kimi müqavilə imzalanıb imzalanmayacağını təxmin etmək mümkün deyil” fikirlərini səsləndirib.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır