DÜNYA

Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir
21 İYUL
129

Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir

2019-07-21 12:51:00

Ukraynada növbədənkənar parlament seçkilərinə start verilib.Fins.az-ın məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 09:00-da) açılıb. Səsvermə saat 20:00-da başa çatacaq.

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən 3200-dən çox nümayəndə qeydə alınıb.

Xatırladaq ki, deputatların yarısı proporsional, yarısı majoritar dairələrdən seçiləcək. Parlamentdə təmsil olunmaq üçün partiyaların 5 faizlik baryeri keçməsi vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır