DÜNYA

ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edəcək
14 İYUL
273

ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edəcək

2019-07-14 12:28:00

ABŞ Prezidenti Administrasiyası Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb. Fins.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” öz mənbələrinə istinadla yayıb. Qeyd olunub ki, sanksiyanın tətbiqi yaxın günlərdə rəsmən elan olunacaq.

Agentliyin məlumatına görə, üç müxtəlif sanksiya paketi arasında ən məqsədəuyğunu seçilib. Sanksiyaların nədən ibarət olacağı və hansı sahələri toxunacağı məlum deyil.

“Bloomberg” bildirir ki, gələn həftənin sonunda Vaşinqton sanksiyanın tətbiqi barədə açıqlama verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır